Azərbaycan Dövlət İnformasiya Agentliyi

Günay Əfəndiyeva: Ana dilində düşünmək, yazmaq və yaratmaq milli intellektual müstəqilliyin əsas şərtidir

Günay Əfəndiyeva: Ana dilində düşünmək, yazmaq və yaratmaq milli intellektual müstəqilliyin əsas şərtidir

Bakı, 1 avqust, AZƏRTAC

Müasir dövrdə ana dilimiz fərqli təsirlər ilə qarşı-qarşıyadır. Rəqəmsallaşma, qloballaşma və sürətlə dəyişən informasiya mühiti ana dilinin qorunması ilə yanaşı, onun beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsini də zəruri edir. Xarici dilləri bilmək, şübhəsiz, çox vacibdir. Lakin, Azərbaycan dilində düzgün və səlis danışmaq, onu gündəlik həyatımızda, elmi-mədəni fəaliyyətimizdə yaşatmaq bizim başlıca vəzifələrimizdəndir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva səsləndirib.

Həmin müsahibəni təqdim edirik.

-Günay xanım, bu gün ölkəmizdə qeyd olunan Azərbaycan Dili və Əlifbası Gününün əhəmiyyətini necə dəyərləndirirsiniz?

-Azərbaycan Dili və Əlifbası Günü ana dilimizin zənginliyini, saflığını və gələcək nəsillərə ötürülməsi məsuliyyətini vurğulayan mühüm bir tarixdir. Bu gün Azərbaycanın öz qədim keçmişinə, milli kimliyinə, mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə sarsılmaz bağlılığını bir daha nümayiş etdirir.

Müasir dövrdə ana dilimiz fərqli təsirlər ilə qarşı-qarşıyadır. Rəqəmsallaşma, qloballaşma və sürətlə dəyişən informasiya mühiti ana dilinin qorunması ilə yanaşı, onun beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsini də zəruri edir. Xarici dilləri bilmək, şübhəsiz, çox vacibdir. Lakin Azərbaycan dilində düzgün və səlis danışmaq, onu gündəlik həyatımızda, elmi-mədəni fəaliyyətimizdə yaşatmaq bizim başlıca vəzifələrimizdəndir. Ana dilində düşünmək, yazmaq və yaratmaq milli intellektual müstəqilliyin əsas şərtidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi dil siyasəti mədəniyyət siyasətimizin mühüm tərkib hissəsi olmaqla yanaşı, əslində həm də çox ciddi bir milli təhlükəsizlik strategiyasıdır. Dövlətimizin başçısı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirindəki çıxışında vurğuladığı kimi, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Bu sözlər dövlətimizin başçısının hamımız üçün mühüm bir məsuliyyət çağırışıdır və nəinki dilçilərə, alimlərə, ziyalılara, hər bir azərbaycanlıya ünvanlanır. Çünki vətənpərvərlik, dövlətçilik anlayışları ilk növbədə ana dilinə sevgidən, hörmətdən başlayır. Ana dilimizə sahib çıxmaq, əslində Vətənimizə, dövlətçiliyimizə sahib çıxmaq deməkdir.

-Sizin fikrinizcə, Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasını şərtləndirən əsas tarixi amillər hansılar idi?

-Bilirsiniz ki, ötən əsrin 30-cu illərində milli düşüncəmiz, milli yaddaşımız haqqında danışan ziyalıların böyük hissəsi repressiyaya məruz qaldı. Sonrakı onilliklərdə də imperiya daxilində ana dili məsələsinə toxunmaq həssas və riskli siyasi mövzu olaraq qalırdı. Həmin mürəkkəb dönəmdə Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin hüquqi təminat altına alınmasını strateji vəzifə kimi müəyyənləşdirdi. Hələ müstəqillikdən əvvəl, 1978-ci ildə Ümummilli Liderin Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması gələcək müstəqilliyin mənəvi təməlinin qoyulması idi.

Düşünürəm ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ana dilimizin taleyi ilə bağlı ən mühüm qərarlardan biri 1995-ci ildə yeni Konstitusiya layihəsinin hazırlanması zamanı qəbul olundu. Bununla bağlı Ulu Öndər xüsusi iclas çağırdı. O iclasda dilimizin adının necə ifadə olunacağı ətrafında müxtəlif fikirlər, mövqelər səsləndirildi. Mənim atam da həmin müzakirələrin iştirakçısı idi. İclasın yekununda Ulu Öndər böyük uzaqgörənliklə dövlətçilik maraqlarını rəhbər tutaraq, bütün məsuliyyəti öz üzərinə götürərək, son qərarı verdi və bildirdi ki, dövlət dilinin adı “Azərbaycan dili” olmalıdır.

Əlbəttə ki, Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Bu, bizim tarixi kökümüzdür, kimliyimizdir və bununla hər zaman qürur duyuruq. Ancaq Azərbaycan yeni müstəqilliyə addım atmışdı və həmin qərarla müstəqil dövlətimizin dili də Konstitusiyada öz adı ilə təsbit edildi. Düşünürəm ki, Ulu Öndərin bu mühüm tarixi qərarı milli ruhumuzun qorunması, Azərbaycanın müstəqil dövlət kimi hüquqi-siyasi mövqeyinin daha da möhkəmləndirilməsi baxımından son dərəcə strateji idi.

– Ulu Öndərin dil siyasətinin mühüm istiqamətlərindən biri də əlifba islahatı oldu. Bu prosesi necə dəyərləndirirsiniz?

– Bəli. Ulu Öndərin ana dilimizin gələcəyi naminə atdığı ən mühüm addımlardan biri ölkəmizdə latın qrafikalı əlifbanın tətbiq edilməsi oldu. Əlifba dəyişikliyi dövlət səviyyəli böyük mədəni-ictimai hadisə idi və əlbəttə ki, asan proses deyildi. Görün neçə-neçə nəsillər kiril əlifbasını istifadə edirdi, oxuyurdu, yazırdı. Təhsil sistemi, nəşriyyat işi, dövlət sənədləşməsi və bütövlükdə informasiya məkanı kiril qrafikası üzərində qurulmuşdu. Bütün sistem yenidən təşkil olunmalı idi. Lakin biz bununla öz tarixi köklərimizə qayıdırdıq.

Bu gün keçmişə baxarkən, bir daha dərk edirik ki, bu islahat həm də Ulu Öndərin türk xalqları ilə əlaqələrin dərinləşməsi, Türk dünyası ilə yaxınlaşma siyasətinin mühüm tərkib hissəsi idi. Baxın, ölkəmizdə latın qrafikalı əlifbanın tətbiqi dərhal Türkiyə ilə münasibətlərin daha da yaxınlaşmasına öz töhfəsini verdi. Nəyə görə? Çünki türk xalqlarını bir-birinə bağlayan, qarşılıqlı inteqrasiyanı gücləndirən ən önəmli amillərdən biri ortaq dil və yazı mədəniyyətidir.

Bilirsiniz ki, müstəqillik qazandıqdan sonra Özbəkistan və Türkmənistan da latın qrafikalı əlifbaya keçid etdi. Qazaxıstanda da sözügedən istiqamətdə addımlar atılıb. Bu gün Özbəkistanda yenilənmiş latın əlifbasının mərhələli icrası başlanılır. Qısa müddət əvvəl Özbəkistan Parlamentinin Qanunvericilik Palatası müvafiq qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu, çox vacib məsələdir. Artıq bizim ortaq sözlərimiz vizual olaraq daha çox üzə çıxacaq, bir-birimizi daha rahat oxuyacaq, anlayacaq və zəngin müştərək irsimizi daha geniş şəkildə bölüşəcəyik.

Hesab edirəm ki, bəhs etdiyimiz əlifba islahatı yolunu tədricən bütün türk dövlətləri keçəcəklər. Çünki bu, zamanın qaçılmaz tələbidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb