DÜNYA
GÜRCÜ PƏHLƏVANI QULARQLARI İLƏ MİKROAVTOBUSU 48 METR DARTMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 29-da Laşa Tbilisidə iki dünya rekordunu təzələmişdir. O, əvvəlcə, mikroavtobusu neylon iplə qulaqlarına bağlayaraq, onu 48 metr dartmış, sonra isə ümumi çəkisi 52 kiloqram olan idman daşlarını qulaqları ilə yerdən qaldırmış və 14 saniyə asılı vəziyyətdə saxlamışdır.
“Ginnesin rekordlar kitabı”nın münsiflər heyəti gürcü pəhləvanının nailiyyətini qeydə almışlar. İndi onun rekordları haqqında sənədlər və video-foto materiallar bu məşhur nəşrin baş ofisinə göndəriləcəkdir.
Beləliklə, 23 yaşlı Pataraya çinli Li Dzyan Huanın rekordunu təzələmişdir. Onun “rəqibi” 2001-ci ildə qulaqları ilə 50 kiloqram ağırlığında yükü qaldırmış və onu 9,3 saniyə asılı vəziyyətdə saxlamışdı.