GÜRCÜSTAN DÖVLƏT TELERADİO KORPORASİYASININ SƏDRİ İSTEFA VERMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gürcustan hökumətinin növbəti iclası Tbilisidəki məlum hadisələrlə bağlı ötən həftə keçirilməmiş və noyabrın 19-da başlanan iclas isə əvvəlkilərdən xeyli uzun çəkmişdir. İclasın əvvəlində Gürcüstan prezidenti Eduard Şevardnadze son günlərin hadisələrinə münasibət bildirmiş, dövlət məmurlarından ölkənin mənafelərini qorumağı tələb etmişdir. Prezident Dövlət Teleradio Korporasiyasının ünvanına kəskin tənqid söyləmiş, işi qaydaya salmaq üçün qəti tədbirlər görüləcəyini vurğulamışdır. Korporasiyanın fəaliyyətindən narazılıq edən Prezident dövlət telekanalının hökuməti deyil, ona qarşı çıxan qüvvələri dəstəklədiyindən təəccübləndiyini bildirmişdir. Dövlət Teleradio Korporasiyasının sədri Zaza Şengeliya bu tənqiddən sonra istefa verdiyini elan etmişdir.
Dövlət başçısının fərmanı ilə indiyənədək Zaza Şengeliyanın birinci müavini vəzifəsində çalışan Georgi Leonidze Gürcüstan Dövlət Teleradio Korporasiyasının sədri təyin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]