Gürcüstan mətbuatı Tbilisi şəhərinin meri Kaxa Kaladzenin Azərbaycana səfərini geniş işıqlandırıb
Tbilisi, 14 iyul, AZƏRTAC
Tbilisi şəhərinin meri Kaxa Kaladzenin Azərbaycana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, interpressnews.ge, report.ge, apsny.ge, sputnik-georgia.ru, 24news.ge, interpress.ge, actual.ge informasiya portalları, palitraewstv.ge, 1tv.ge televiziya kanalları Kaxa Kaladzenin Bakıya səfəri və keçirdiyi görüşlər, eləcə də Bakı və Tbilisi şəhərləri arasında imzalanmış memorandum barədə silsilə materiallar yayıblar.
Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda K.Kaladzenin Bakıya səfəri çox yüksək qiymətləndirilir. Bakı və Tbilisi şəhərlərinin qardaşlaşması haqqında memorandumun ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında yeni səhifə açacağı qeyd olunur.
Mətbuat K.Kaladzenin Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlərində səslənən fikrilərə də geniş yer veriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi