GÜRCÜSTAN PARLAMENTİ QARŞISINDAKIMEYDANDA RADİKAL MÜXALİFƏTİ DİGƏR MÜXALİFƏT ƏVƏZ ETMİŞDİR
Bu arada isə Qamsaxurdia tərəfdarları radikal müxalifət liderlərinin “Biz Gürcüstanı sovet imperiyasından azad etdik, indi isə Şevardnadze rejimindən qurtaracağıq” şüarından hiddətləndiklərini ifadə edərək, bu çağırışı milli qurtuluş liderlərinin şərəfinə təhqir sayırlar. Sovet imperiyası əleyhinə mübarizənin beşiyi başında radikal müxalifətin indiki liderləri deyil, Zviad Qamsaxurdianın, Merab Kostavanın və başqalarının durduqları vurğulanmışdır.
“Demokratik Dirçəliş İttifaqı”nın üzvləri son günlər paytaxtda baş verən hadisələrdən narahat olduqlarını bildirmiş və “Gürcüstan dövlətçiliyinin, xalqın böyük əksəriyyətinin səslərinin, seçimlərinin müdafiəsi üçün, Tbilisidə sabitlik yaratmaq məqsədi ilə” Gürcüstanın bütün bölgələrindən olan tərəfdarlarını paytaxta dəvət etmiş və noyabrın 18-də Tbilisinin idman sarayında möhtəşəm toplantı keçirmişlər. Onlar radikal müxalifətə açıq-aydın anlatmışlar ki, küçə aksiyaları ilə məqsədlərinə nail ola bilməyəcəklər, hər cür narazılıq qanunun aliliyinə hörmət göstərilməklə həll edilməlidir. Qeyd olunmalıdır ki, Gürcüstanda vəziyyət gərgindir, vətəndaş qarşıdurmasına bir addım qalır. Onun baş verməməsi üçün Prezident Eduard Şevardnadze yuxusuz gecələr keçirir, müsbət nəticələr verə biləcək bütün tədbirlərin görülməsinə çalışır.