GÜRCÜSTAN PARLAMENTİ YENİ XARİCİ İŞLƏR NAZİRİNİ VƏ MSK SƏDRİNİ TƏSDİQLƏMİŞDİR
Parlament elə həmin gün 31 yaşlı sosioloq və filosof Zurab Çiaberaşvilini Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə təsdiq etmişdir. MSK-nın yeni sədri bildirmişdir ki, Gürcüstanda həm parlament, həm də prezident seçkiləri tam şəffaf vəziyyətdə keçirilməlidir. Zurab Çiaberaşvilinin sözlərinə görə, ən başlıcası seçkilər zamanı qanuna əməl olunmalıdır və o, bunu təmin edə biləcəkdir.
MSK yanvarın 4-də keçiriləcək növbədənkənar seçkilərdə prezidentliyə namizədlərin qeydə alınmasının müddətini daha iki gün artırmışdır. Hazırda MSK-ya 13 nəfərin ərizəsi daxil olmuşdur.
Müşahidəçilərin fikrincə, “Milli hərəkat” və “Burcanadze-demokratlar” bloklarından vahid namizəd Mixail Saakaşvili və Gürcüstan Prezidentinin İmereti (Qərbi Gürcüstan) bölgəsindəki sabiq səlahiyyətli nümayəndəsi Teymuraz Şaşiaşvilinin seçkilərdə qalib gəlməyə daha çox şansları vardır. Gürcüstan Təhlükəsizlik Xidmətinin keçmiş başçısı İqor Georqadzenin də mövqeyi kifayət qədər güclüdür.
“Qurucu Davud Cəmiyyəti”nin rəhbəri Roin Liparteliani və hüquqşünas Kartlos Qaribaşvili artıq üçüncü dəfədir ki, seçkilərdə iştirak edirlər. Qalan namizədlər isə cəmiyyədə nisbətən az tanınan şəxslərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [17:36]
Papa Fransisk dünyadan vəsiyyətsiz köçüb
- 23.04.2025 [17:29]
İstanbulda baş verən zəlzələ zamanı 151 nəfər yaralanıb VİDEO
- 23.04.2025 [17:02]
Çexlər getdikcə daha çox əcnəbilərlə ailə qururlar
- 23.04.2025 [17:01]
Çində alkoqolizmdən qurtulmaq üçün çip implantasiyası əməliyyatı keçirildi
- 23.04.2025 [16:53]
Almaniyaya əfqan mirantların qəbulu hökumət dəyişikliyinə qədər dayandırılıb
- 23.04.2025 [16:17]