Gürcüstanda çörəyin qiyməti bahalaşıb
Tbilisi, 20 oktyabr, AZƏRTAC
Gürcüstanda çörəyin və un məmulatlarının qiymətləri artıb.
AZƏRTAC xəbər verir ki, ölkədəki supermarket şəbəkələrində standart 410 və 530 qramlıq çörəklərin qiymətləri 5-10 tetri artıb.
Gürcüstan Çörəkçilər Assosiasiyasının sədri Malxaz Dolidze bildirib ki, çörəyin qiymətinin artması unun bahalaşması və işçilərin maaşlarının artırılması ilə əlaqədardır.
“Ötən il unun bir kisəsinin orta qiyməti 52 lari idisə, bu gün 60 lari civarındadır. Bundan əlavə, işçilərin maaşı da var. Bu da istehsalçılara qiyməti dəyişməyə əsas verir”, - deyə Dolidze bildirib.
Onun sözlərinə görə, unun qiyməti aşağı düşərsə, çörəyin də qiyməti müvafiq olaraq tənzimlənəcək: “Ona görə də ictimaiyyət mövcud vəziyyətə anlayışla yanaşmalıdır”.
Qeyd edək ki, çörək Gürcüstanda ən sabit məhsullardan biri olaraq qalır. Təkcə paytaxt Tbilisi gündə 400 tona qədər çörək məhsulları istehlak edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]