Gürcüstanda inflyasiya ərzaq məhsullarının, kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub
Tbilisi, 4 aprel, AZƏRTAC
Cari ilin mart ayında Gürcüstanda inflyasiya 0,4 faiz olub. Bu da 2017-ci ilin mart ayı ilə müqayisədə 2,8 faiz çoxdur.
AZƏRTAC Gürcüstan Mili Statistika Xidmətinə istinadla xəbər verir ki, inflyasiyanın artması ölkədə bir sıra ərzaq məhsullarının qiymətlərinin və kommunal xərclərin artmasına səbəb olub.
Belə ki, 2017-ci ilin mart ayı ilə müqayisədə spirtli içkilərin qiyməti 1,1 faiz, tütün məhsullarının qiyməti isə 11,2 faiz artıb. İlin əvvəlindən ölkədə alkoqolsuz içkilərin qiyməti 1,6 faiz, süd, pendir, digər süd məhsulları və quş yumurtasının qiymətləri 4,9 faiz artıb.
Keçən illə müqayisədə meyvənin qiyməti 25,6 faiz bahalaşıb. Keçən ilin mart ayından bu günədək ət məhsullarının qiyməti 4,4 faiz, kərə yağı 3,2 faiz, kofe, çay və kakaonun qiyməti 2,9 faiz artıb. Eyni zamanda, tərəvəzin qiyməti 7 faiz, balıq məhsullarının qiyməti isə 2,8 faiz bahalaşıb. Amma şəkər, mürəbbə, bal və şokolad kimi şirniyyat məhsullarının qiymətləri 2,5 faiz ucuzlaşıb.
Statistika Xidmətinin məlumatında deyilir ki, kommunal xidmətlərin haqqı da 4,7 faiz artıb. Ötən ilin mart ayından bu günədək elektrik enerjisi və təbii qazın qiymətləri 5,4 faiz, suyun qiyməti 7,7 faiz bahalaşıb.
Səhiyyə sistemində də xidmətlərin haqqı 3,7 faiz artıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]