Gürcüstandakı dini icmaların əsasən mülkiyyət, təhsil və vergi ilə bağlı problemləri var
Tbilisi, 2 fevral, AZƏRTAC
Gürcüstandakı dini icmaların əsasən mülkiyyət, təhsil və vergi ilə bağlı problemləri var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin insan haqları komitəsinin sədri Sofo Kiladze söyləyib.
Onun sözlərinə görə, ölkədəki müsəlman dini icmasının əsas problemi məscidlərin isidilməsi və kommunikasiya sistemlərinin quraşdırılması ilə əlaqədardır. Məscidlərin qazlaşdırılması və orada qızdırıcıların quraşdırılması üçün əsas sahibkarın icazəsi lazımdır. Müsəlmanların ibadət etdikləri məscidlərin bəziləri başqalarının mülkiyyətinə verilib. Bu məscidlər əvvəlcə icmaya qaytarılmalıdır. Bundan sonra onların qızdırılması məsələsi həllini tapa bilər.
“Bizim məqsədimiz dini icmalara üzləşdikləri problemlərin həllində kömək göstərmək, onların konstitusion hüquqlarını bərpa etməkdir”, - deyə komitə sədri vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:27]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:25]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:24]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:18]
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
- 10.06.2026 [17:16]