Gürcüstanın Acariya bölgəsində maraqlı təbiət hadisəsi baş verib
Tbilisi, 25 mart, AZƏRTAC
Gürcüstanın Acariya bölgəsində maraqlı təbiət hadisəsi baş verib. Belə ki, Acariya regionundakı Qoderdzi dağ-xizək istirahət zonasına çəhrayı qar yağıb.
Martın 25-də səhər tezdən turistlər gördüklərindən heyrətə gəliblər. Hadisə ilə bağlı yerli hakimiyyət orqanlarına müraciət olunub.
Sinoptiklər bildiriblər ki, çəhrayi rəngdə qarın yağmasına Şimali Afrika və Yaxın Şərqdə baş vermiş qum qasırğası səbəb olub.
Mütəxəssislər bildirirlər ki, qum qasırğasının Şimali Afrika və Yaxın Şərqdən havaya qaldırdığı qum və kül güclü hava axını ilə Qara dəniz hövzəsinə daxil olub. Gürcüstanın bəzi bölgələrində və paytaxt Tbilisidə səma çəhrayı rəngə boyanıb. Havadakı sarı qum və kül yağış və qarla birlikdə yerə çökür, maraqlı mənzərə yaranır.
Sinoptiklər bu təbiət hadisəsinin insanlar və ekologiya üçün təhlükə yaratmadığını qeyd edirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]