Gürcüstanın hakim partiyasının sədri Azərbaycan-Ermənistan sərhədində baş verən hadisəyə münasibət bildirib
Tbilisi, 14 sentyabr, AZƏRTAC
Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalara münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, partiyanın sədri İrakli Kobaxidze Gürcüstanın regionda sülhün təmin edilməsi istiqamətində öz üzərinə düşən rolu oynamağa hazır olduğunu deyib: “Bizim üçün ən vacib məsələ regionda sülhün təmin edilməsidir. Əgər Gürcüstan və gürcü rəsmiləri bu məsələdə hər hansı bir rol oynaya bilərsə, əlbəttə biz buna hazırıq. Hər kəs üçün əsas tapşırıq əlbəttə ki, münaqişənin dayandırılması olmalıdır”, - deyə Kobaxidze bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]