HAAQA TRİBUNALI YUQOSLAVİYA ORDUSUNUN SABİQ GENERALINA 20 İL HƏBS CƏZASI KƏSMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı Yuqoslaviya ordusunun sabiq generalı Stanislav Qaliçə 20 il həbs cəzası kəsmişdir. Prokuror isə Qaliç üçün ömürlük həbs cəzası tələb etmişdi.
60 yaşlı general dörd il əvvəl həbs olunmuşdur. Balkan yarımadasında millətlərarası münaqişə zamanı o, Serb Respublikası ordusunun korpuslarından birinə komandanlıq edirdi.
Qaliç bəşəriyyətə qarşı cinayətlərə görə dörd maddə, müharibə qanunları və adətlərinin pozulmasına görə üç maddə üzrə ittiham olunurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]