Hacıqabul rayonunun daha üç kəndinə təbii qaz verilmişdir
Bakı, 13 may (AZƏRTAC). Bu günlərdə Hacıqabul rayonunun ucqar kəndlərindən olan Paşalı-1, Paşalı-2 və Şorbaçı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Azərbaycan Respublikası Dövlət neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin və Hacıqabul Rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak etmişlər. Bildirilmişdir ki, Paşalı-1, Paşalı-2 və Şorbaçı kəndlərinin qazlaşdırılması istiqamətində aparılmış tikinti işləri zamanı ümumi uzunluğu 151 min 300 metr olan müxtəlif diametrli polietilen borularla qaz xətləri çəkilmiş, 400 sayğac və 46 siyirtmə quraşdırılmışdır.
Tədbirdə çıxış edən kənd ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri çıxış edərək bu kəndlərə ilk dəfə olaraq “mavi yanacağ”ın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]