Hacıqabul və Göygöl rayon sakinlərindən silah-sursat aşkarlanaraq götürülüb
Bakı, 30 yanvar, AZƏRTAC
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Hacıqabul dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmiyevdən nömrəsi silinmiş “AKM” markalı silah və bir patron darağı aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Topalhəsənli kənd sakini M.Həsənovun həyətində nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “Karabin” markalı tüfəng və 29 patron aşkarlanıb.