HACIQABULDA 880 ŞAGİRD YERLİK İKİ MƏKTƏB BİNASI TİKİLİR
AZƏRTAC verir ki, Hacıqabul şəhərində Təhsil Nazirliyinin sifarişi ilə 640, rayonun daxili imkanları hesabına 240 şagird yerlik iki məktəb binası tikilir.
Müasir texniki avadanlığı, tədris korpusları, idman zalı, kitabxanası, tibb məntəqəsi, kompyuter kabinetləri, nasosxanası və istilikxanası olacaq bu təhsil ocaqlarının yeni dərs ilinin əvvəlindən istifadəyə verilməsi nəzərdə tutulur.
Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq rayonda indiyədək 4 yeni məktəb binası inşa olunmuş, 5 məktəb binası əsaslı təmir edilmiş, 2 əlavə tədris korpusu istifadəyə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]