DÜNYA
Hakim “Gürcü arzusu” partiyası hökumətdə dəyişikliklərlə bağlı qərar qəbul edib
Tbilisi, 1 sentyabr, AZƏRTAC
Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası hökumətdə kadr dəyişikliyi ilə bağlı qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuat hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, Baş Nazir postuna hazırkı Daxili İşlər naziri Georgi Qaxaria təyin olunacaq. Onun yerinə isə bir neçə il əvvəl Baş Nazir və Daxili İşlər naziri işləmiş İrakli Qaribaşvili namizəddir.
Hökumətdəki dəyişikliklərlə bağlı sentyabrın birinci həftəsində rəsmi məlumat veriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [19:51]
Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib
- 17.05.2024 [19:37]
Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır
- 17.05.2024 [18:02]
Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər
- 17.05.2024 [17:19]
CAR-da çökən binada xilasetmə işləri yekunlaşır
- 17.05.2024 [16:49]
Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur
- 17.05.2024 [16:22]