Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb
Bakı, 27 oktyabr, AZƏRTAC
İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn 2025/2026-cı mövsümün ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi Londonda keçirilib.
Keyn ötən mövsüm “Bavariya”nın heyətində 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə edib. O, komanda ilə Bundesliqanın çempionu olub, həmçinin liqanın bombardiri və Avropanın ən yaxşı qolçusu kimi “Qızıl buts” mükafatını qazanıb.
Hücumçu İngiltərə millisi ilə Dünya Kubokunda da uğurlu çıxış edərək 7 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [11:59]
Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib
- 27.10.2026 [11:43]
Saçını düzləşdirən qadın xəstəxanalıq olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]