Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həkim-infeksionist: Koronavirus aktuallığını itirməyib

Həkim-infeksionist: Koronavirus aktuallığını itirməyib

Bakı, 3 noyabr, AZƏRTAC

Məlum olduğu kimi, COVID-19 pandemiyası XXI əsrin qorxunc kabusu kimi tarixə düşüb. Qəfildən əksər ölkələri ağuşuna alan virus dünyanı çalxaladı. Prezident İlham Əliyevin vaxtında verdiyi düzgün qərarlar, eyni zamanda, bu işə cəlb olunmuş mütəxəssis həkimlərin fədakarlığı sayəsində Azərbaycan digər dövlətlərlə müqayisədə daha az itki verdi. Hazırda dünyada COVID-19 infeksiyasına yoluxma davam edir. Doğrudur, 2020-2021-ci illə müqayisədə aqressiv olmasa da öz aktuallığını itirməyib.

Bunu AZƏRTAC-a Bakı Şəhər Xətai rayonundakı 2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin həkim-infeksionisti Afət Novruzova deyib.

Rusiyada COVID-19-un yeni variantlarının müəyyən olunduğunu diqqətə çatdıran mütəxəssis deyib: “Alimlərin fikrinə görə, bunlar “omikron” ştamının genetik mutasiyaya uğraması nəticəsində yaranan alt variantlardır. Bunlardan biri “serberus” adlandırılıb. “Serberus” yayılması baxımından çox epidemioloji önəm daşıyır. Onun epidemioloji vəziyyətinin daha da inkişafı proqnozlaşdırılır. Çox sürətlə yayılma ehtimalının proqnozlaşdırılmasına baxmayaraq, bununla bağlı hər hansı bir məhdudiyyət tətbiqi nəzərdə tutulmayıb. Çünki “serberus” alt variantı digər “omikron” növlərindən təhlükəli deyil. Həm omikronun, həm də “serberus”un gedişatı, simptomları demək olar ki, oxşardır. Sadəcə olaraq, həmin xəstəlik daha yüngül keçir, lakin “omikron”un əvvəlki versiyalarından daha yoluxucudur. Məhz buna görə də qabaqlayıcı əks-epidemik tədbirlərin görülməsi son dərəcə vacibdir.

“Omikron” ştamının digər genetik mutasiyaya uğramış yarımnövü “nindza” adlandırılır. “Nindza” yarımnövü daha təhlükəli hesab olunur. Çünki o, antikorlardan yaxşı yayına bilir və daha sürətlə çoxalır. Virus bütün bədənə yayılana qədər immunitet bu gərginliyi, yoluxmanı hiss eləmir. Buna görə də bədənin heç bir reaksiyası olmur və müdafiə funksiyası fəaliyyətə başlamır. Məhz elə həmin virusun da immunitet reaksiyasından yayınma, gizlənmə qabiliyyəti olduğuna görə “nindza” adlandırılıb. “Nindza” ştamı Cənubi Afrikadan gələn və koronavirusun mutasiyaya uğramış 5-ci xəttidir”.

Dünyada bəzi alimlərin pandemiyanın sona çatması ilə bağlı fikirlərinə münasibət bildirən A.Novruzova bununla razılaşdığını vurğulayıb. Onun sözlərinə görə, həmin qənaətə gəlinməsinin əsas səbəblərindən biri hər yeni dalğanın öncəkindən daha zəif olmasıdır. Buna baxmayaraq, koronavirusla bağlı hansısa bir proqnoz verməyin çox çətin olduğunu da bildirib: “Düşünürəm ki, istər “serberus”, istərsə də “nindza”nın özünü necə aparması barədə mülahizə yürütmək hələ ki tezdir. Hazırda dünyanın bəzi ölkələrində - Afrikada, Amerika qitələrində COVID-19-a yoluxma saylarında artım var. Azərbaycanda isə cari vəziyyət çox dəyişkəndir. Yoluxanların sayında gah artım, gah da azalma qeydə alınır. Ölüm halları çox az hallarda müşahidə edilir. Dünyadakı vəziyyət də nəzərə alınaraq Nazirlər Kabinetinin Qərarı ilə karantin rejimi gələn il yanvarın 1-dək uzadıldı. Ölkəmizdə yoluxma saylarının az olmasına baxmayaraq, əhalini ayıq-sayıq olmağa dəvət edirəm. Əks-epidemik tədbirləri davam etdirməyi, gigiyena qaydalarına əməl etməyi tövsiyə edirəm. Ən birinci növbədə maskalardan istifadə etmək lazımdır. Xüsusilə də özündə respirator əlamətlər hiss edənlərin vətəndaş məsuliyyəti hiss etməsi daha məqsədəuyğundur. Maska taxmaq təkcə koronavirusdan deyil, digər yoluxucu xəstəliklərdən də qorunmağa kömək edir. Təcrübəmdən görürəm ki, son il ərzində vərəm xəstələrinin sayında da azalma müşahidə olunur. Bunun da səbəbi maskalardan istifadə olunması, o cümlədən kütləvi toplanma hallarında qaydalara riayət olunması, gigiyena tədbirlərinin tətbiqidir. Vətəndaşlara hər zaman tövsiyə olunan qızıl qaydalara riayət etmələri məsləhət görülür. İmmun sistemini gücləndirmək üçün bol maye qəbulu, qidalanma rejiminə xüsusi fikir verilməsi, meyvə-tərəvəz qəbulunun artırılması vacibdir. Əsəb sistemi qorunub saxlanılmalı, yuxu rejimi normal olmalıdır. Bədən temperaturunun nəzarətdə saxlanılması, dəyişiklik olan kimi tədbir görülməsi məsləhət görülür. Bu zaman xüsusilə qızdırmasalıcılardan istifadə olunması, bol maye qəbul edilməsi tövsiyə olunur. Çünki bol maye qəbul edilməsi virusun az zədə törətməklə bədəndən xaric olunmasına imkan yaradır. Antibiotiklərin istifadəsi məsləhət görülmür. Hərarət beş gündən çox davam edərsə və yaxud xəstəni narahat edən başqa səbəblər olarsa, mütləq həkimə müraciət etmək tövsiyə olunur.

Xəstəni müalicə etməkdənsə, xəstəliyin qarşısını almaq daha münasibdir. Çünki xəstəliyin qarşısını almaq minlərlə insanı həmin virusdan, xəstəlikdən qorumaq deməkdir. Bu illər ərzində gördük ki, yoluxanların bir qismi həyatını itirdi, bir qismi ömürlük şikəst qaldı, bəzilərinin müəyyən həyati funksiyaları zəiflədi. Mənəvi stress, qorxu yaşanmasın deyə xəstəliyin qarşısını almaq daha səmərəlidir. Əhali əks-epidemik tədbirləri daha düzgün yerinə yetirərsə, peyvəndləmədə daha aktiv iştirak edərsə, virusla mübarizədə üstünlüyümüzü qoruyub saxlaya bilərik. Xüsusilə risk qrupuna aid olanlar həmin qaydalara daha ciddi əməl etməli və peyvəndləmədən qəti yayınmamalıdırlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO