HEMİNQUEY ELMİ TƏDQİQAT MƏRKƏZİNDƏ MƏRUZƏ
Bu günlərdə ABŞ-da işgüzar səfərdə olan Naxçıvan Dövlət Universitetinin rektoru, Heminquey Mərkəzinin sədri, akademik İsa Həbibbəyli dahi sənətkarın doğulduğu Oyk Park şəhərindəki Heminquey dövlət muzeyini, yazıçının ev muzeyini, vaxtilə oxuduğu orta məktəbi ziyarət etmişdir. Azərbaycan aliminin Ernest Heminquey Elmi Tədqiqat Mərkəzində və Ernest Heminquey fondunda “Heminqueyin həyatı və yaradıcılığının ölkəmizdə tədqiqi, əsərlərinin tərcüməsi və nəşri məsələləri” mövzusunda elmi məruzəsi dinlənilmişdir. O, Mərkəzə və Fonda Ernest Heminqueyin Bakıda Azərbaycan dilində nəşr olunmuş “Əcəl zəngi” kitabının nüsxələrini bağışlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]