Hər bir ölkə sakini orta hesabla 718,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb
Bakı, 18 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 7 milyard 226,8 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 511,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,3 faizini təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 718,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 106,6 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]