Hərbi feldşer işi ixtisası üzrə əlavə sənəd qəbulu aparılır
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə Hərbi feldşer işi ixtisası üzrə avqustun 14-dən başlanan əlavə sənəd qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hazırkı sənəd qəbulunda cari ildə keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edib azı 120 bal toplayan, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Namizədlər avqustun 16-dan 18-dək Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində yerləşən Hərbi tibb fakültəsindəki komissiyaya müraciət edə bilərlər.
Hərbi feldşer işi ixtisası üzrə Hərbi tibb fakültəsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 245 AZN məbləğində müavinət alırlar.
Tədris 2 il müddətində Azərbaycan dilində və əyani formada həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:18]
Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib
- 10.05.2026 [17:00]
ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib
- 10.05.2026 [16:48]
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- 10.05.2026 [14:53]
BDU kollektivi Ulu Öndərin məzarını ziyarət edib
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 10.05.2026 [11:08]
Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi
- 10.05.2026 [10:12]