SİYASƏT
HƏRBİ TƏLİMLƏR UĞURLA KEÇDİ
İyulun 21-də Ukrayna quru qoşunları Qərb əməliyyat komandanlığının Yavorov poliqonunda (Lvov vilayəti) qoşunların cəlb edilməsi ilə briqada səviyyəsində keçirilən “Sülh sipəri-2003” çoxmilli komanda-qərargah sülhyaratma təlimlərinin təntənəli bağlanışı olmuşdur.
AZƏRTAC-ın xüsusi müxbirinin aldığı məlumata görə, manevrlərdə Azərbaycan da daxil olmaqla 20 ölkədən 1000-dək hərbi qulluqçu iştirak edirdi. Təlimlərin səhra mərhələsində kütləyə nəzarət, hərbi əsirlərin qorunması, girovların azad edilməsi, qaçqınlara yardım göstərilməsi və qeyri-qanuni silahlı birləşmələrin yaraqlılarına qarşı mübarizə ilə əlaqədar hərəkətlər məşq edilmişdir.
Bundan əlavə, sülhyaratma vəzifələri kompüterlərin köməyi ilə yerinə yetirilirdi.