Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hesablama Palatası Dövlət İqtisad Universitetində keçirdiyi auditin nəticələrini açıqlayıb

Hesablama Palatası Dövlət İqtisad Universitetində keçirdiyi auditin nəticələrini açıqlayıb

Bakı, 13 yanvar, AZƏRTAC

Hesablama Palatasının 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin birinci rübündə UNEC tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.

Palatadan AZƏRTAC-a bildirilib ki, auditin əhatə etdiyi dövrün əvvəlinə əsasən təhsil və büdcə illərinin üst-üstə düşməməsi səbəbindən UNEC-in 13 milyon 263 min manat qalıq vəsaiti mövcud olub, 2022-2023-cü illərdə və 2024-cü ilin birinci rübü ərzində müxtəlif mənbələrdən ümumilikdə 119 milyon 221,2 min manat vəsait daxil olub və 125 milyon 86,4 min manat məxaric edilib.

UNEC-in 2023-cü ildə 2022-ci illə müqayisədə gəlirlərində müşahidə edilən 7,8 faiz səviyyəsində artım dövlət sifarişi üzrə təhsilin maliyyələşməsinə ayrılan vəsaitin 10,2 faiz və digər gəlirlərin 2,3 dəfə artımı hesabına formalaşıb. Eyni zamanda, UNEC-in gəlirlərindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmrləri ilə 2022-ci ildə 1653 min manat və 2023-cü ildə 1100 min manat vəsait təhsil işçilərinin, o cümlədən nazirlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını, eləcə də 2024-cü ildə 991 min manat vəsait yalnız nazirlik işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Təhsilin İnkişafı Fonduna ayrılıb.

Auditin əhatə etdiyi dövrün sonuna UNEC-də 1646 nəfər əməkdaş çalışıb, onlardan 792 nəfərini inzibati, 854 nəfərini isə professor-müəllim heyəti təşkil edib, professor- müəllim heyətinin tərkibində əvəzçilərin sayı 185 nəfər olub. Mövcud dərs yükünün təmin edilməsi məqsədilə UNEC-də çalışan 109 əməkdaşla yanaşı kənardan 380 nəfər saathesabı əsaslarla cəlb ediliblər.

2023-cü ilin sonuna bakalavr, magistr, doktorant və dissertantların sayı müvafiq olaraq 15 min 060 nəfər, 4863 nəfər, 191 nəfər və 7 nəfər təşkil edib.

Auditlə UNEC-in nizamnaməsində nəzərdə tutulsa da, nazirlik tərəfindən Himayəçilər Şurasının yaradılmadığı, bu səbəbdən də nizamnamə ilə Himayəçilər Şurasına aid edilmiş vəzifələrin UNEC-in müxtəlif rəhbər və məsul əməkdaşları tərəfindən icra edildiyi müəyyən olunub. Həmçinin nizamnamənin tələbinə əsasən UNEC-in strukturu təsisçi tərəfindən təsdiq edilməli olsa da, auditlə əhatə olunan illərdə bu fəaliyyət təsisçi tərəfindən həyata keçirilməyib, nəzərdə tutulan ştat cədvəlləri rektor tərəfindən müvafiq qaydada təsdiq olunub. Eləcə də, Himayəçilər Şurasının yaradılmaması “Elmi-metodiki Şuranın Əsasnaməsi”nin də UNEC-in Elmi-Şurası tərəfindən təsdiqi ilə nəticələnib, audit olunan dövrdə kənar auditor təyin edilməyib, analoji olaraq daxili auditin fəaliyyətinə UNEC rəhbərliyi nəzarət edib.

Auditin əhatə etdiyi vəsaitin əsas hissəsini sosial xərclər təşkil edib, tətbiq edilmiş audit metodları ilə hesablanmış və ödənilmiş məbləğlər arasında uyğunsuzluq aşkar olunmayıb. Bununla belə, icra prosesində bəzi nöqsanlara yol verilib, bu nöqsanların nəticəsi ümumilikdə cəmi məbləğin icrasına əhəmiyyətli təsir göstərməyib.

Ödənişli təhsil üzrə bağlanmış müqavilələrlə müəyyən edilmiş öhdəliklərə nəzarətin tam təmin olunmaması, eləcə də kredit haqlarının hüquqi aktların tələblərinə uyğun şəkildə yığılmaması təhsil haqqı üzrə debitor borc məbləğinin artımına səbəb olub.

Dövlət sifarişi əsasında maliyyələşmə müvəqqəti olaraq dayandırılmalı olduğu halda, dövlət sifarişi əsasında təhsil alan, lakin akademik məzuniyyət götürməsi ilə bağlı təhsilini dayandırmış tələbələr üzrə təhsil xərcinə görə cəmi 52 halda 32,3 min manat vəsait UNEC-in hesabında qalıb. Toplanmış audit sübutları auditlə əhatə edilən dövrdə hüquqi aktların tələblərinə uyğun xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilməyib, nəticədə dövlət sifarişi ilə təhsil alan, auditlə əhatə edilən illərdə müxtəlif səbəblərdən UNEC-dən xaric edilmiş tələbələr üzrə təhsil xərcinə görə 2022-ci ildə 71 halda 49,9 min manat, 2023-cü ildə 75 halda 57,6 min manat, cəmi 146 halda 107,5 min manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilməyib.

Auditin əhatə etdiyi dövrdə ümumilikdə təqaüdlərin maliyyələşdirilməsi məqsədilə 27 milyon 540,9 min manat vəsait icra edilib, təhsilin nəticələrinə görə müəyyən olunmuş təqaüdlərin məbləği bəzi hallarda kiçik məbləğlərdə düzgün hesablanılmayıb, bu hallar vəsaitlərin icrasına əhəmiyyətli təsir göstərməyib.

Nizamnaməsi ilə nəzərdə tutulmayan bəzi tədbirlərə vəsait yönəldilməsi dövlət vəsaitlərinə əlavə tələbat yaratmaqla mənfəət məbləğinə də təsir göstərib. Belə ki, UNEC voleybol komandasının oyunçuları və fizioterapevt ilə xidməti müqavilələr bağlanılaraq onlara aylıq haqq və idmançılara müəyyən edilmiş vaxtlarda məşq etmək və oyunlarda iştirak etmək üçün lazımi şərait yaradılması ilə bağlı bütün xərclər ödənilib, eləcə də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil olan və UNEC-in ərazisində fəaliyyət göstərən 3 nömrəli Tələbə Poliklinikasına UNEC-in strukturuna daxil olmadığı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən maliyyələşdirildiyi halda vəsait yönəldilib.

Təmir xərclərinin icrası prosesində təşkil olunmuş nəzarət fəaliyyətinin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilmiş işlərin dəyər və həcminin artırılması, eləcə də yerinə yetirilməyən işlərin dəyərinin ödənilməsi hallarına yol verilib, müvafiq nöqsanlar səbəbindən Quba tədris, idman və istirahət mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6 faizi, tədris binalarının əsaslı təmiri üzrə müqavilə məbləğinin 1,6 faizi və cari təmir üzrə müqavilələrin 8,8 faizi qədər vəsait artıq icra edilib.

Satınalmanın planlaşdırılması ilə bağlı tələblərə əməl olunması fonunda mütəmadi olaraq təşkil olunan və eyni dövrdə keçirilən tədbir üzrə fəaliyyətin gecikdirilməsi nəticəsində hər iki ildə təcili tələbat əsas gətirilməklə müsabiqəsiz şərtlərlə vəsait icra edilib. Qeyd edək ki, bir mənbədən satınalmaların ümumi satınalma həcmində məbləğ olaraq xüsusi çəkisi 2022-ci ildə 8,6 faiz, 2023-cü ildə isə 18,7 faiz təşkil etsə də, satınalma sayında xüsusi çəkisi 2022-2023-cü illərdə müvafiq olaraq 45,5 faiz və 47,4 faiz təşkil edib ki, bu da ən yaxşı təcrübələrlə müqayisədə məqbul hesab edilməyən həddən də nəzərəçarpacaq dərəcədə çoxdur.

Müqavilə şərtlərinə əməl olunmaması və öhdəliklərin icrasına nəzarətin tam təmin edilməməsi avans məbləğinin bağlanılmaması ilə vəsaitlərin təchizatçının istifadəsində saxlanılmasına səbəb olub, eləcə də bəzi hallarda müqavilə şərtlərinin hüquqi aktların tələblərinə əməl olunmadan dəyişdirilməsi, son nəticədə, vəsaitlərin satınalmasız icra edilməsi qənaətini formalaşdırıb.

Mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin hüquqi aktların tələblərinə uyğun təşkil və tərtib olunması, eləcə də bu hesabatların təsisçiyə tələb edilən müddətlərdə təqdim olunması fonunda kənar auditin 2022-ci ildə avqust ayında keçirilməsi və 2023-cü ildə keçirilməməsi maliyyə hesabatlarının təsisçiyə auditor rəyi olmadan təqdim olunması ilə nəticələnib.

Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün yetərli və müvafiq olmaqla kafi əminlik formalaşdırıb, bu əminlik səviyyəsi əsasında dövlət satınalmalarının keçirilməsi və daxili nəzarətin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən həyata keçirilən fəaliyyətin qüvvədə olan hüquqi aktlara əsasən uyğun olmasına dair rəy verilib.

Kollegiya qərarında nöqsanların aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən UNEC ərazisində fəaliyyət göstərən 3 nömrəli tələbə poliklinikasının əməkdaşlarına ödənilən maddi yardımların növbəti aydan dayandırılması ilə bağlı alınmış qərar, dövlət sifarişi ilə təhsil almış xaric olmuş və akademik məzuniyyətə çıxmış təhsilalanlara görə ümumilikdə 139,8 min manat, təqaüd xərcinə görə dövlət büdcəsindən artıq ödənilmiş 1,8 min manat, satınalma müqavilələri üzrə yerinə yetirilməmiş öhdəliklər üzrə 6,8 min manat, təmir xərclərinin icrası prosesində yol verilmiş nöqsanlar üzrə 46 min manat məbləğində vəsaitin bərpa edilməsi, eləcə də təmir işləri üzrə 30,5 min manat dəyərində işlərin görülməsi, həmçinin təhsil haqları üzrə 7300,3 min manat debitor borcun audit dövründə 2675,2 min manatının bağlanması nəzərə alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir