İQTİSADİYYAT
Hesablama Palatası ƏDV-nin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edib
![Hesablama Palatası ƏDV-nin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edib](/files/2019/2/1200x630/15641465892002142361_1200x630.jpg)
Bakı, 26 iyul, AZƏRTAC
Hesablama Palatasının dövlət büdcəsinin icrasına rəyində ayrı-ayrı istiqamətləri əhatə edən tövsiyələri sırasında əlavə dəyər vergisinin (ƏDV) vahid inzibatçılıqla idarə edilməsi üzrə təklifi də əks olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, ƏDV üzrə inzibatçılıq Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir. Son illər ölkə üzrə ÜDM, eyni zamanda, pərakəndə ticarət dövriyyəsi artıb. Belə əlverişli makroiqtisadi amillər fonunda əsas kapitala yönəldilmiş investisiyaların və iqtisadiyyatın kreditləşdirilməsi həcmi isə səngiyib. Bu, idxal edilən aktivlərin kommersiya fəaliyyətində istifadə olunmasından yaranan gəlirlərin vergiyə cəlb edilməsi prosesində kifayət qədər risklərin mövcud olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, Hesablama Palatası ƏDV-nin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edib.