İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları təlimdə iştirak ediblər
Bakı, 11 oktyabr, AZƏRTAC
Dünya Bankının dəstəyi ilə Hesablama Palatasında “Ortamüddətli xərclər çərçivəsi” mövzusunda təlim keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, təlimdə Hesablama Palatasının əməkdaşları ilə yanaşı, Milli Məclisin deputatı, Milli Məclis Aparatının və Dünya Bankının əməkdaşları iştirak ediblər.
Təlim zamanı beynəlxalq ekspert Mark Robinson “Ortamüddətli xərclər çərçivəsi və Hesablama Palatası” və “Proqramların maliyyələşdirilməsi və Hesablama Palatasının rolu” mövzularında təqdimatlarla çıxış edərək ortamüddətli xərclər çərçivəsinin mahiyyətindən və əsas elementləri barədə məlumat verib, həmçinin Ali Audit Orqanlarının bu sahədə audit keçirməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra ekspert proqram maliyyələşdirilməsinin fəaliyyət göstəricilərinin müəyyən edilməsinin əhəmiyyətindən və bu sahədə Ali Audit Orqanlarının rolundan bəhs edib.
Tədbirin sonunda təlim iştirakçılarının sualları cavablandırılıb.