İQTİSADİYYAT
HESABLAMA PALATASININ NÖVBƏTİ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 24 iyun (AZƏRTAC). Hesablama Palatasının növbəti kollegiya iclası keçirilmişdir.
İclasda Naxçıvan Muxtar Respublikası büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” xərcləri bölməsinin “Kommunal təsərrüfatı xərcləri” köməkçi bölməsi üzrə Naxçıvan şəhər yaşıllaşdırma idarəsinin saxlanmasına ayrılan vəsaitlərin, digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması və icrasına, “Ümumi dövlət xərcləri” bölməsinin “Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması” köməkçi bölməsi üzrə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin saxlanmasına ayrılan vəsaitlərin, büdcədənkənar mənbələrdən daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit proqramları təsdiq edilmişdir.
İclasda, həmçinin dövlət büdcəsinin Zaqatala rayonu üzrə yerli xərclərinin tərtibi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan dövlət vəsaitlərinin icrası, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə kənd təsərrüfatı tədbirləri paraqrafından ayrılan vəsaitlərin, xüsusi vəsaitlərin proqnozlaşdırılması, istifadəsi, Dövlət Baytarlıq Xidmətinə dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə baytarlıq paraqrafından ayrılan vəsaitlərin, xüsusi vəsaitlərin proqnozlaşdırılması, istifadəsi üzrə auditlərin nəticələrinə dair hesabat və rəylər geniş müzakirə olunaraq təsdiq edilmişdir.