Hesablama Palatasının nümayəndələri vebinarda iştirak ediblər
Bakı, 18 noyabr, AZƏRTAC
Rusiya Federasiyası Hesablama Palatasının təşkilatçılığı ilə “Rusiyada innovativ texnologiyaların və yol sektorunun istifadəsinin auditi” mövzusunda onlayn seminar keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, seminarda MDB-yə üzv dövlətlərin Ali Audit Qurumlarının (AAQ) əməkdaşları iştirak ediblər. Azərbaycan Respublikası Hesablama Palatasını isə Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abbasov, Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Şahin Maksudov və həmin şöbənin əməkdaşı Fariz Paşayev təmsil ediblər. Seminarda Rusiya Federasiyası Hesablama Palatasının Avtomobil Nəqliyyatı və Beynəlxalq Əməkdaşlıq Departamentinin nümayəndələrinin məruzə və təqdimatları dinlənilib. Seminarın əsas müzakirə mövzuları audit metodologiyası, auditin əsas nəticələri, Rusiya Hesablama Palatasının təkliflərinin həyata keçirilməsi və mövcud mühitdə yeni çağırışlar olub.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]