“HEYDƏR ƏLİYEV İRSİ” ELEKTRON MƏLUMAT BAZASININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 14-də ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi çərçivəsində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Heydər Əliyev irsi” elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olmuşlar.
Kitabxananın direktoru Kərim Tahirov, Bakı Dövlət Universitetinin müəllimi Nadir İsmayılov və başqaları tədbirdə çıxış edərək kitabxanaların cəmiyyətdəki rolundan ətraflı danışmışlar.
Ümummilli liderimizin 4 dəfə Milli Kitabxanada olduğunu diqqətə çatdıran Kərim Tahirov vurğulamışdır ki, onun hər gəlişi kitabxananın inkişafında bir mərhələ təşkil etmişdir. Kitabxana işçiləri ilə görüşündə ulu öndərimizin çıxışlarını və tövsiyələrini əməkdaşlarımız bu gün də minnətdarlıq hissi ilə xatırlayırlar.
Tədbirdə Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin I-IX cildlərinin Milli Kitabxana tərəfindən hazırlanmış köməkçi göstəricisi və “Heydər Əliyev irsi” elektron məlumat bazası təqdim edilmişdir.
Təqdimat mərasimində Heydər Əliyevin Milli Kitabxanaya gəlişlərini əks etdirən fotoalbom nümayiş etdirilmiş, həmin görüşlərdə çıxışları səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]