Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq konfrans yekunlaşıb

Bakı, 5 may, P.İmanova, G.Mahmudlu, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans başa çatıb.

Mayın 5-də ADU-da konfransın bağlanış mərasimi keçirilib. Tədbirdə Türkiyə, Gürcüstan, İtaliya, Çin, Rusiya, Belarus, Ukrayna və Almaniyadan ümumilikdə 48 xarici qonaq iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər güllər qoyub, Ümummilli Liderin 95 illiyi ilə əlaqədar ADU-nun həyətində müxtəlif növ dekorativ çiçəklər əkiblər.

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanıb.

ADU-nun rektoru, akademik Kamal Abdullayev konfransın işi və beynəlxalq tədbir çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, konfransın keçirilməsinin məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliğ etməkdir. Tədbir, həmçinin universitetlər, mütəxəssis və tələbələr arasındakı əlaqələrin möhkəmlənməsinə kömək göstərmək məqsədi daşıyıb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin nəcib siyasətinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən konfransın Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstan universitetlərində təşkil olunan bölmə iclasları çox yüksək səviyyədə keçib. On ölkənin 14 universitetdə təşkil olunan bölmə iclaslarında xarici və yerli alimlərin müxtəlif mövzularda məruzələri dinlənilib.

Diqqətə çatdırılıb ki, konfransın bağlanış mərasiminə xarici ölkə universitetlərindən əllidən çox nümayəndə iştirak edir. Bu beynəlxalq tədbir Ulu Öndərin xatirəsinə hörmət əlaməti olmaqla yanaşı, eyni zamanda, universitetin xarici əlaqələrinin dərinləşməsinə imkan yaradıb. Belə ki, Serbiyanın Belqrad Universitetində keçirilən bölmə iclası zamanı Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub.

ADU-nun rektoru bildirib ki, müasir dövrdə Ulu Öndərin siyasəti dərindən öyrənilir. O deyib: “Bu gün Azərbaycan çox sədaqətli, etibarlı və ləyaqətli siyasi yolla irəliləyir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın siyasəti, iqtisadiyyatı, mənəviyyatı da bir çox ölkələrdən, yaxın və uzaq qonşularımızdan fərqli olaraq Azərbaycan xalqının və dövlətinin əlindədir. Buna etimad, sədaqət hamımızın ümdə borcudur. Bunun əsasını da ümummilli lider Heydər Əliyev qoyub”.

Konfransın mənəvi dəyərinin çox yüksək olduğunu söyləyən K.Abdullayev tədbirin təşkilinə dəstək göstərən Yeni Azərbaycan Partiyasına və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə təşəkkürünü bildirib.

Sonra beynəlxalq konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclaslarından bəhs edən videoçarx göstərilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev Ulu Öndərin multikulturalizm və tolerantlıq ideologiyasının xarici ölkələrin müxtəlif ali məktəblərində tədris və təbliğ olunmasını uğurlu addım kimi dəyərləndirib. Vurğulanıb ki, multikulturalizm və tolerantlıq xalqımızın genetik fonunda illər, əsrlərboyu yaşayıb.

Nazir müasir gəncliyin bu ideologiyaya elmi əsaslarla yiyələnməsini və onun dünyanın müxtəlif universitetlərində elm kimi tədris və təhlil olunmasını Azərbaycanın həmin siyasətə hər zaman sadiq qalmasının əyani sübutu olduğunu söyləyib. Bu il “Bakı Prosesi”nin on illiyinin qeyd olunacağını diqqətə çatdıran nazir dünyada “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına qlobal platforma kimi geniş yer verildiyini söyləyib. Bildirilib ki, “Bakı Prosesi” bütün diplomatik sənədlərdə Azərbaycanın multikulturalizm ideologiyasının nümunəsi kimi qəbul olunur. Ulu öndər Heydər Əliyevin multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoq ideologiyası artıq yeni müstəviyə daxil olaraq müasir formada uğurla davam etdirilir. Ə.Qarayev Azərbaycan Prezidentinin təşəbbüsü olan “Bakı Prosesi”nin artıq beynəlxalq hərəkata çevrilməsinin həm dövlətimizin bu sahədə davamlı və dayanıqlı siyasətinin, həm də beynəlxalq tərəfdaşların, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm, Dünya Ərzaq və Kənd Təsərrüfatı təşkilatlarının, Avropa Şurası və ISESCO-nun əməkdaşlığının bəhrəsi olduğunu vurğulayıb.

Sonra “Bakı Prosesi”nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov ümummilli lider Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideologiyasının öyrənilməsi və təbliği baxımından konfransın əhəmiyyətini qeyd edib, gələcəkdə beynəlxalq tədbirin mütəmadi keçiriləcəyinə və coğrafiyasının genişləndiriləcəyinə əminliyini bildirib. Qeyd edilib ki, bu cür tədbirlər təkcə praktik əhəmiyyət daşımır, həmçinin ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulmasına və müxtəlif layihələrin həyata keçirilməsinə zəmin yaradır.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ulu Öndərin anadan olmasının 95 illiyinə həsr edilən möhtəşəm tədbirin uğurla başa çatdığını söyləyib. Bildirilib ki, bir ay ərzində konfrans işini dünyanın müxtəlif universitetlərində uğurla davam etdirib.

M.Qurbanlı deyib: “Konfrans Ümummilli Liderin multikulturalizm və tolerantlıq siyasəti ilə bağlı olmaqla yanaşı, Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərini dünyaya çatdırmaq, ölkəmizi tanıtmaq istiqamətində mühüm addım idi. Bu forum məntiqi olaraq “Bakı Prosesi”nin davamı hesab edilə bilər. Prezident İlham Əliyev Ümummilli Liderin tolerantlıq və multikulturalizm siyasətini uğurla davam etdirir. Hazırda dünyada multikultural və tolerant dəyərlərin təbliğat və təşviqatına ehtiyac var. Əmin-amanlığın bərqərar edilməsi üçün xalqlar, millətlər arasında həmrəyliyin olması, tolerantlığın, multikultural dəyərlərin geniş təşviqatı vacibdir. Ümid edirəm ki, konfrans gələcəkdə Azərbaycan ilə yanaşı, başqa ölkələrdə də keçiriləcək”.

Ural Federal Universiteti Humanitar İnstitutunun direktoru, professor Elvira Sımanyuk, Türkiyənin Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı, Ərciyəs Universitetinin nümayəndəsi Erdem Talat Hakan, Rusiyanın A.Puşkin adına Dövlət Rus Dili İnstitutunun prorektoru Yelena Koltakova, Kassino Cənubi Latsio Universitetinin professoru Alesandro Fiqus, Moskva Dövlət Linqvistik Universitetinin şöbə müdiri Vladimir Konev, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı direktorunun elmi işlər üzrə müavini, professor Yuliya Quseva, Çin Sosial Elmlər Akademiyasının İnformasiya İnstitutunun direktoru Şuhua Çjan, Minsk Dövlət Linqvistik Universitetinin prorektoru, professor Vladimir Paşkeviç, Auqsburq Universitetinin professoru Klaus Volf, ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev və digər çıxış edənlər Ulu Öndərə həsr olunan mötəbər konfransın bölmə iclasları ilə bağlı hesabat veriblər. Bildirilib ki, çox yüksək səviyyədə keçirilən bölmə iclaslarında Ümummilli Liderin multikultural və tolerant siyasəti ilə bağlı iştirakçılara geniş məlumat verilib, məruzələr dinlənilib. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi faydalı əməkdaşlığa, mövcud təcrübələrin paylaşılmasına böyük töhfə verir. Qonaqlar ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, Ulu Öndərin bu ölkələrə tarixi səfərlərini xatırladıblar.

Sonra tələbələrin hazırladıqları, ümummilli lider Heydər Əliyevə həsr edilən bədii proqram nümayiş olunub. Tələbələr Ulu Öndərin ən çox sevdiyi mahnıları - “Alagöz”, “Küçələrə su səpmişəm” və s. ifa ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin Nevşehir vilayətində Azərbaycana həsr olunmuş fotosərgi açılıb

Ölkədə əmək müqavilələrinin sayı artıb

Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq

AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub

AzMİU ilə Avropanın ən böyük tədqiqat institutu arasında strateji əməkdaşlıq memorandumu imzalanıb

Modi Hindistanın Baş naziri kimi rekord qırıb

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb

Ədliyyə Akademiyasında müsabiqə elan olunub

Balakəndə yeni Dövlət Proqramı müzakirə olunub, fermerlərin problemləri dinlənilib

Azərbaycan-Türkiyə əlaqələri: Qardaşlıqdan strateji müttəfiqliyə yüksələn münasibətlər

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

BMT-nin COSP19 konfransında əlilliyi olan şəxslərin hüquqları müzakirə olunur

Azərbaycan millisinin baş məşqçisi: Bu mövsüm bizə çox dəyərli təcrübə qazandırdı

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

®  Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

® Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

Lu Mey: Azərbaycan və Çin xalqları arasında əlaqə getdikcə daha da möhkəmlənir

Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır

Xəzər dənizində zəlzələ olub VİDEO

Xəzər dənizində zəlzələ olub VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Araz çayında batan şəxsin meyiti tapılıb VİDEO

Araz çayında batan şəxsin meyiti tapılıb VİDEO

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub VİDEO

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub VİDEO

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat