HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ AZƏRBAYCAN ÜÇÜN ƏBƏDİDİR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyində ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
MR fövqəladə hallar naziri, general-mayor Sahil Abdullayev “Heydər Əliyev şəxsiyyəti Azərbaycan üçün əbədidir” mövzusunda məruzə etmişdir.
Məruzədə və digər natiqlərin çıxışlarında vurğulanmışdır ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi onun əbədi, dönməz xarakter alması, respublikamızın dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyətinin, qətiyyətinin və əzmkarlığının sayəsində mümkün olmuşdur.
Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli filmə baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]