Həyətində yüzdən artıq qonağın iştirakı ilə toy məclisi təşkil edən şəxs cərimələnib
Bakı, 13 avqust, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları pandemiya dövrünün tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı fərdi evdə təşkil olunan toy mərasimində karantin rejiminin pozulması hallarını aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, aparılan yoxlamalar zamanı rayonun İtitala kənd sakini Hacı Babayevə məxsus evin həyətində keçirilən toy mərasimində 100-dən artıq qonağın iştirak etdiyi müəyyənləşdirilib.
Sanitar-karantin qaydalarını pozan toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.