HİNDİSTAN TACİKİSTANDA HƏRBİ BAZA YARADIR?
Tacikistan Prezidenti Emoməli Rəhmonov bunu qəti şəkildə təkzib etmişdir. AZƏRTAC-ın müxbirinin verdiyi xəbərə görə, o, Düşənbədə Hindistanın baş naziri ilə görüşdən sonra birgə mətbuat konfransında bəyan etmişdir ki, Hindistan Tacikistanda hərbi baza yaratmaq fikrində deyildir, yalnız respublika paytaxtının yaxınlığındakı Ayni hərbi təyyarə meydanının yenidən qurulmasına kömək göstərir. Ondan bu paytaxtın ehtiyat hava limanı kimi istifadə ediləcəkdir. Belə ki, Əfqanıstanda aparılmış antiterror əməliyyatı ehtiyat qalxma-enmə meydançası olmasının zəruriliyini göstərdi.
Prezident Hindistanı ölkəsinin mühüm strateji tərəfdaşlarından biri adlandıraraq bildirmişdir ki, onlar müxtəlif sahələrdə, eləcə də hərbi kadrlar hazırlanmasında və birgə hərbi təlimlər keçirilməsində əməkdaşlığı genişləndirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]