Hindistanda qar uçqunu nəticəsində 19 nəfər ölüb, 10 nəfər itkin düşüb VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Hindistanın şimalında yerləşən Uttarakhand ştatında qar uçqunu nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə France Presse agentliyi yerli hakimiyyət nümayəndələrinə istinadla məlumat yayıb. “19 cəsəd aşkarlanıb. 10 nəfər isə hələ də itkin düşmüş sayılır”, -deyə məlumatda bildirilir.
Uçqun qurbanları Nehru adına Alpinizm İnstitutunun təcrübəçi və təlimatçılarından ibarət 40 nəfərlik qrupun tərkibinə daxil idilər. Oktyabrın 4-də qrup dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən Himalay buzlağından keçərkən qar uçqunu altına düşüb.