HİNDİSTANIN BAŞ NAZİRİ TACİKİSTANDA SƏFƏRDƏ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tacikistan prezidenti Emoməli Rəhmonovun Vacpai ilə görüşündə birgə antiterror qrupunun yaradılması ilə bağlı razılıq əldə olunmuşdur. Bundan başqa, Dehli şəhərində Tacikistanın diplomatik nümayəndəliyinin açılması, hər iki paytaxt arasında birbaşa hava xəttinin və Əfqanıstan ərazisi ilə avtomobil yolunun yaradılması da nəzərdə tutulur.
Danışıqlardan sonra E.Rəhmonov və A.B.Vacpai dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə, Hindistan-Tacikistan informasiya texnologiyaları mərkəzinin yaradılması və turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalamışlar.
Görüşdən sonra keçirilən mətbuat konfransında E.Rəhmonov demişdir ki, regional və qlobal məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür.
Vacpai bildirmişdir ki, onun ölkəsi Tacikistana 40 milyon dollar həcmində iqtisadi əməkdaşlıq paketi təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]