CƏMİYYƏT
Hümbət Musayev: Qəzetlərdə daha çox analitik yazılara, araşdırmaya yer verilməsi məqsədəuyğundur
Bakı, 24 noyabr, AZƏRTAC
Bugünkü çap mediası informasiya yükünü daşıya bilmir. Qəzetlərdə daha çox analitik yazılara, araşdırmaya yer verilməsi daha məqsədəuyğundur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev noyabrın 24-də “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimatı ilə əlaqədar keçirilən tədbirdə söyləyib.
Baş redaktor keyfiyyətli informasiyanın çatdırılması üçün ənənəvi media ilə elektron medianı birləşdirməyin vacibliyini vurğulayıb.