Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdman, olimpiya və siyasət

İdman, olimpiya və siyasət

Bakı, 1 fevral, Səadət Hakıyeva, AZƏRTAC 

Tarixi inkişafın müəyyən mərhələsində meydana gələn “homo sapiens”, yəni, insan öz tələbatını ödəmək üçün fiziki və zehni əmək prosesində müxtəlif bacarıqlar formalaşdırıb. Bunlar maddi və ya mənəvi dəyər daşımasından asılı olmayaraq, geniş mənada götürüldükdə, mədəniyyət kimi səciyyələndirilir. Hər bir xalqın tarixi inkişafında və onun etnik özünüdərkində mədəniyyət müstəsna rol oynayır. Bununla yanaşı, hansı xalq və ya millət tərəfindən yaradılmasına baxmayaraq, elə mədəni nailiyyətlər vardır ki, onlar ümumbəşəri mahiyyət kəsb edir. İnsanların fiziki inkişaf səviyyəsini qiymətləndirmək vasitəsi kimi meydana çıxmış idman da məhz ümumbəşəri mədəniyyətin tərkib hissəsidir.

AZƏRTAC milyonların sevə-sevə məşğul olduğu, yarışlarını izlədiyi idmanla bağlı bəzi maraqlı məqamları təqdim edir.

XX əsrin ən mühüm ictimai hadisələrindən olan idmanı cəmiyyətdə baş verən sosial-iqtisadi və siyasi dəyişikliklərdən kənarda təsəvvür etmək mümkün deyil. Belə ki, idman və siyasət bir-biri ilə sıx bağlıdır. İdmançının müxtəlif idman yarışlarında, Olimpiya Oyunlarında qələbəsi təmsil etdiyi ölkənin beynəlxalq səviyyədə qələbəsi kimi qiymətləndirilir. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançının şərəfinə dövlət bayrağı qaldırılır və dünyanın bütün musiqi əsərlərindən əzəmətli hesab edilən dövlət himni səsləndirilir. Bu, idmançının təmsil etdiyi ölkənin hər hansı beynəlxalq iclasda və ya assambleyada siyasət sahəsində qazandığı uğura bərabər hesab edilir. Namiq Abdullayev, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Toğrul Əsgərov və digər Olimpiya çempionlarımızın uğurları elə müstəqil Azərbaycan dövlətinin nailiyyətidir. İdmançılarımızın beynəlxalq yarışlarda, qitə birinciliklərində əldə etdiyi saysız-hesabsız qələbələr doğma Azərbaycanımızın dünya ölkələri arasında daha yaxşı tanınmasında əhəmiyyətli rol oynayır.

İdman köhnəlikdən yaxa qurtarmaq üçün vasitə rolunu oynayırdı

Heç kimə sirr deyildir ki, idman yarışlarının beynəlxalq ənənəsi qədim mədəniyyət və incəsənət beşiyi olan Yunanıstanda yaranıb. Qədim tarixə malik gimnastika azad yunan vətəndaşlarının bir növ həyati tələbatına çevrilmişdi və cəmiyyətdə insanın tərbiyə vasitəsi kimi böyük əhəmiyyət kəsb edirdi. Qədim yunanlar gimnastika dedikdə, qaçış, tullanma, nizəatma, üzgüçülük, yumruq döyüşü, güləş kimi fiziki hərəkətləri özündə birləşdirən bütöv bir tərbiyə sistemi başa düşürdülər. Yunanıstan dövlətinin qədim ənənələrinə görə, yaşından asılı olmayaraq, hər bir azad yunan vətəndaşı ilk olaraq döyüşkən əsgər olmağı bacarmalı, vətənini qorumağı, onu müdafiə etməyi özünə şərəf hesab etməli idi. O dövrdə gənclər və yeniyetmələr arasında idman dərslərinin tədrisi vətənin müdafiəsinə hazırlıq məqsədi daşıyırdı.

Qədim incəsənət və mədəniyyət beşiklərindən olan Romada da idman yarışları öz əvvəlki əhəmiyyətini itirərək siyasi məqsədlərə xidmət edirdi. Kütləvi idman yarışlarının qanlı döyüş səhnələrinə çevrilməsi artıq adi hal almışdı. Ən acınacaqlısı da o idi ki, dövlət nümayəndələri idman yarışlarından seçki kampaniyası məqsədilə istifadə edirdilər.

XX əsrin əvvəllərində fransız Pyer de Kubertenin təşəbbüsü və rəhbərliyi ilə Olimpiya hərəkatının yenidən dirçəldilməsi kapitalizmin ən yüksək və son mərhələsi olan imperializm dövrünə təsadüf edirdi. Bu, elə bir dövrü əhatə edirdi ki, insanların əksəriyyətinin idmanla məşğul olmağa nə imkanı, nə də həvəsi var idi. Fəhlələr əsl fabrik və zavod qullarına çevrilmişdilər. Bir də o dövrün ardı-arası kəsilməyən müharibələri qeyri-insani xarakter almışdı və bu da şəffaf idman yarışlarının keçirildiyi antik dövr müharibələrindən ədalətsizliyi və qəddarlığı ilə seçilirdi.

İdman yalnız kübar cəmiyyətin nümayəndələri üçün əlçatan idi

İdmanla müntəzəm məşğul olmaq məsələsinə gəldikdə deyə bilərik ki, o vaxt bu, yalnız kübar cəmiyyətin nümayəndələri və ən varlı burjua ailələri üçün mümkün sayılırdı. Fəhlələr asudə vaxtlarını, əsasən, spirtli içkilər qəbul etməklə keçirir, sərxoşluq edir, dava-dalaş salırdılar. Müxtəlif ölkələrin sosial-demokratları sərxoşluğu zəhmətkeş kütlənin inqilabi mübarizəyə cəlb edilməsində ciddi maneə kimi qəbul edir və bundan çıxış yollarını axtarırdılar. İnqilabi partiyalar isə idmanın fəhlələr arasında sərxoşluğa qarşı ən yaxşı vasitə olduğunu anlayır, ondan imperializmə qarşı yaxşı silah kimi istifadə etməyi düşünürdülər. İdmanın, fiziki tərbiyənin hamı üçün eyni əhəmiyyət kəsb etməsi yalnız sosializm dövrünə xas olan cəhət idi. Digər tərəfdən, düşünülmüş, uşaq və gənclərin fiziki hazırlığı üçün nəzərdə tutulmuş hərtərəfli sistemin işlənib hazırlanması təqdirəlayiq hadisə sayılırdı. Orta məktəblərin ibtidai siniflərindən başlamış hərbi xidmətə, idarə və müəssisələrə qədər idman hamının gündəlik həyat normasına çevrildi.

Dünyada analoqu olmayan uşaq-gənclər idman məktəblərinin geniş şəbəkəsi yaradıldı, çoxmilyonluq idman cəmiyyətləri fəaliyyət göstərməyə başladı. Bundan başqa, hər bir müəssisədə, məktəbdə, şəhərdə, kənddə rəsmi futbol komandaları yaradıldı. Futboldan başqa, voleybol, basketbol və hətta xokkey idman növləri də inkişaf edirdi. Fiziki sağlamlıq və idman üçün hərtərəfli şəraitin yaradılması təbii ki, idmançıların beynəlxalq yarışlarda, olimpiadalarda iştirak etməsi və qələbələr qazanması demək idi. Bundan başqa, postsovet məkanında aparılan yenidənqurma siyasəti də sənaye, kənd təsərrüfatı və mədəniyyət sahələrində olduğu kimi, idmanın inkişafına da öz müsbət təsirini göstərirdi.

İdman və reklam

Müasir dövrdə hər bir idman tədbiri, eyni zamanda, həm də reklam kampaniyası deməkdir. Məsələn, futbol üzrə Olimpiya yığmaları müxtəlif növ pivə növlərini reklam edir. Ümumilikdə götürsək, müxtəlif idman yarışlarında müxtəlif cür sərinləşdirici içkilərin reklam edilməsi adi hala çevrilib. Diqqət yetirin: futbol matçında 10-11 nəfər yaşıl meydanda qaçaraq top qovur, milyonlarla insan isə pivə, “Coca-Cola” içə-içə televizor qarşısında və ya stadiondan matçı izləyir.

Bundan başqa, idman, həm də siyasi reklam vasitəsi rolunu da oynayır. Bir çoxları idmandan siyasi məqsədlərinə çatmaqdan ötrü istifadə edirlər. Reklam olunan məhsulların sahibləri idmandan gələn gəlirlə kifayətlənmir, seçkilərdə uğur qazanmaq üçün azarkeşlərə müraciət edirlər.

Beynəlxalq Olimpiya Komitəsinin fəaliyyətində siyasətin rolu

Müasir Olimpiya hərəkatının ali və rəhbər orqanı olan Beynəlxalq Olimpiya Komitəsi (BOK) yarandığı ilk gündən dünyada baş verən siyasi hadisələrə, münaqişələrə, problemlərə biganə qalmayıb və baş verən bütün hadisələrə öz münasibətini bildirib. Bu idman qurumu fəaliyyəti dövründə beynəlxalq idman əlaqələrinin ümumi problemləri, Olimpiya hərəkatının demokratikləşdirilməsi problemlərini həll etməklə yanaşı, həm də idmanda siyasi və irqi ayrı-seçkiliyə qarşı ardıcıl siyasət yürüdüb. Məsələn, BOK 1967-ci ildə bütün qitələrin idmançılarına müraciət edərək, onları dünyada sülhün müdafiəsinə çağırıb. 1973-cü ildə isə Beynəlxalq Olimpiya Komitəsinin üzvləri və milli Olimpiya komitələrinin nümayəndələrinin iştirakı ilə Varnada (Bolqarıstan) keçirilən X konqresdə bu vacib məsələyə yenidən toxunulub. Konqresdə bütün dünyada sülhün və sabitliyin təmin olunmasında fəal iştirak etmək üçün idmançılara müraciət qəbul olunub. Bu misalların sayını kifayət qədər artırmaq mümkündür. BOK hər zaman fəaliyyətində dünyada baş verən siyasi proseslərə öz münasibətini bildirir. Çalışır ki, baş verən hər hansı hadisə idmançıların həyatına, karyerasına mənfi təsir etməsin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb