İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb
Bakı, 18 noyabr, AZƏRTAC
İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin sentyabr ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 101,3 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123 faiz, cari ilin yanvar-sentyabr aylarında 2021-ci ilin eyni dövrünə nisbətən isə 122,1 faiz təşkil edib.
Oktyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 569,15 manat olub. Sentyabr ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 94,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 149,2 faiz, 2022-ci ilin yanvar-sentyabr aylarında ötən ilin yanvar-sentyabr aylarına nisbətən isə 174,5 faiz təşkil edib. İxrac olunan qeyri-neft-qaz məhsullarının qiymət indeksi 2022-ci ilin sentyabr ayında əvvəlki ayla müqayisədə 98 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 105,4 faiz, yanvar-sentyabr aylarında ötən ilin eyni dövrünə nisbətən isə 110,6 faiz olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]