İkicildlik “Naxçıvan tarixi” monoqrafiyası çapa hazırlanır
Bakı, 20 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda ikicildlik “Naxçıvan tarixi” monoqrafiyasının çapa hazırlanması başa çatmaq üzrədir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, monoqrafiyada ən qədim zamanlardan müasir dövrədək Naxçıvan tarixinin parlaq səhifələri əksini tapmışdır. Kitabda, həmçinin dünyanın ən qədim şəhərlərindən biri olan Naxçıvanın tarixinə dair zəngin illüstrasiya materialı da yer alacaqdır.
Əsər Tarix İnstitutu və AMEA-nın Naxçıvan Bölməsinin elmi şuralarının birgə iclasında müzakirə olunmuş və bəyənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında hazırlanan monoqrafiya üzərində iş artıq yekunlaşmaq üzrədir. Bu fundamental əsərin nəşrinin 2013-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]