Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkinci Qarabağ müharibəsi: Azərbaycan humanizmi və erməni faşizmi

İkinci Qarabağ müharibəsi: Azərbaycan humanizmi və erməni faşizmi

Bakı, 27 sentyabr, AZƏRTAC

Beynəlxalq humanitar hüquq normalarının - müharibə zamanı mülki şəxslərin, o cümlədən yaralı və xəstələrin hüquqlarının pozulması beynəlxalq humanitar hüququn pozuntuları hesab edilir və müharibə cinayətləri kateqoriyasına aiddir. Bu cinayətləri törətmiş şəxslərin istər milli, istərsə də beynəlxalq səviyyədə cəzalandırılması nəzərdə tutulur. Xüsusilə də 1949-cu il 12 avqust Cenevrə konvensiyalarının müddəalarına uyğun olaraq mülki şəxslərə və onların əmlakına qarşı törədilən hüquqa zidd hərəkətlər birmənalı şəkildə müharibə cinayətləri siyahısına daxildir. Beynəlxalq hüququn norma və prinsiplərinə görə, münaqişə vəziyyətində olan və müharibə aparan hər bir dövlət bu prinsiplərə əməl etməli, müharibə qanunlarına hörmətlə yanaşmalıdır. Məlumdur ki, beynəlxalq humanitar hüquq normalarının əsasında min illər boyu mövcud olan və ənənəvi humanitar dəyərləri özündə ehtiva edən maddi-hüquqi və mənəvi dəyərlər dayanır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru dosent Mübariz Ağalarlının “İkinci Qarabağ müharibəsi: Azərbaycan humanizmi və erməni faşizmi” məqaləsində yer alıb. Həmin məqaləni təqdim edirik.

Tarixi keçmişə nəzər yetirdikdə belə müxtəlif dövrlərdə baş verən müharibələrdə beynəlxalq hüquq normaları və prinsiplərinə əməl edilib. Həmin zamanlarda ədalətlilik və insani keyfiyyətlərə söykənən yazılmamış ənənəvi müharibə qanunlarına riayət olunub. Qədim tarixə, siyasi-hüquqi, mədəni və mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan dövlətləri də müntəzəm olaraq bu beynəlxalq hüquqi dəyərlərə riayət edib və humanitar prinsiplər qorunub. Müharibə tariximizin bütün mərhələlərinə nəzər yetirdikdə dövlətlərimizin apardığı hərbi qarşıdurmalar müharibə qanunlarına, ədalət prinsiplərinə əsaslanıb, mövcud dövrün qanunlarına uyğun olaraq həyata keçirilib.

Tarixi qaynaqlarda verilən məlumatlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan dövlətlərinin apardığı müharibələr zamanı mövcud olan “millətlərin və xalqların” yazılmamış ənənəvi müharibə qanunları qorunub və bu qaydalara ciddi əməl edilib. Hətta müharibə dövründə diplomatik missiyanı həyata keçirən elçi-səfirlərin canları və əmlakları qorunub, onların diplomatik fəaliyyətlərini həyata keçirməsi üçün real imkanlar yaradılıb.

Tarixi mənbələrdə mövcud olan çoxsaylı məlumatlardan aydın olur ki, uzunmüddətli müharibələr dövrü olan orta əsrlərdə Azərbaycanda mövcud olan siyasi hakimiyyətlərin müvafiq strukturlarında mənəvi və hüquqi dəyərlərə əsaslanan bitkin formada ədalətlilik prinsipinə uyğun olan diplomatik protokol qaydaları mövcud olub, istər müharibə, istərsə də dinc dövrdə bu qaydalara yüksək səviyyədə əməl edilib.

Məlumdur ki, orta əsrlər dövrü Azərbaycan dövlətlərində hərb sənəti daha da inkişaf edərək sistemli bir şəkildə dövlətin ən vacib strukturlarından birinə çevrilib. Bu sistemdə Azərbaycan xalqının min illər boyu mövcud olan ənənəvi hərbi döyüş sənəti öz özəlliyini qoruyub saxlayıb, hətta döyüş zamanı özünəməxsus cəngavərlik, ədalətlilik prinsipləri qabarıq şəkildə özünü biruzə verib. Müharibə zamanı düşməni riyakar, qeyri-etik üsullarla deyil, üzbəüz şəkildə döyüşərək məğlub etmək taktikasına üstünlük verilib. İstər qədim dövrlərdə, istərsə də orta əsrlər dövründə mövcud olmuş Azərbaycan dövlətləri öz dövlətçilik ənənələrinə dayanaraq bütün mənəvi, siyasi və hüquqi dəyərləri, ədalətlilik meyarlarını nəzərə alaraq müharibələr dövründə düşmənin hərbi birliklərinə sarsıdıcı zərbələr vursalar da, mülki əhalinin və onların əmlakının toxunulmazlığını təmin edib, hətta ələ keçirdikləri ərazilərdə düşmənlərin mənəvi, dini dəyərlərinə hörmətlə yanaşmışlar. Həmçinin ələ keçirilən hərbi əsirlərin canları amanda olmuş və onlar öldürülməyiblər.

II Qarabağ savaşında da erməni işğalçıları və onların havadarları tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarında şanlı Ordumuzun apardığı hərbi əməliyyatlar ədalətlilik prinsipinə söykənən dövlətçilik ənənələrimiz əsasında, həmçinin mənəvi-insani dəyərlərimizə uyğun olaraq həyata keçirilib. “İşğalçı düşmən əsgərinə amansızlıq, düşmənin mülki əhalisinə rəhm etmək” prinsipinə uyğun olaraq həyata keçirilən döyüşlərdə müharibə qanunlarına riayət edilərək beynəlxalq humanitar hüququn bütün prinsiplərinə hörmətlə yanaşılıb.

Təəssüf hissi ilə qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsini və digər ərazilərini işğal etmiş erməni işğalçılarından II Qarabağ savaşı dövründə bu mənəvi-insani dəyərləri görmək mümkün deyil. Torpaqlarımızın işğalı zamanı azərbaycanlılara qarşı Xocalı, Bağanis Ayrım, Ağdaban, Qaradağlı soyqırımlarında öz qeyri-insani əməllərini və vəhşiliklərini nümayiş etdirən ermənilər II Qarabağ müharibəsində də bütün müharibə qanunlarını pozaraq, beynəlxalq hüququn prinsiplərini tapdalayaraq, Azərbaycanın yaşayış məntəqələrini dağıdıcı silahlarla atəşə tutaraq mülki əhalinin ölümünə, sağlamlıqlarının itirilməsinə və əmlakına ciddi ziyan vurub.

Məlumdur ki, kilsə zirzəmilərində mənfur ideoloji təməllər əsasında yaradılan, “Daşnaksütyun”, “Qnçaq” və “ASALA” kimi hərbi-siyasi və terrorçu təşkilatların dəstəyi ilə qurulan mövcud erməni dövləti mifoloji hökmdar Tiqranla başlayan və onunla da sona çatan, qondarma erməni tarixi və erməni dövlətçiliyi ən yaxşı halda saxta kitablarda öz mövcudluğunu qorumaqdadır. Saxtalaşdırılmış tarixi qaynaqlara söykənən erməni dövlətinin epizodik siyasi tarixi olsa da, lakin bu dövlətin hüquqi, sosial-iqtisadi, mənəvi, hərbi təsisatlarının mövcudluğunu görmək mümkün deyil.

XX əsrin əvvəllərində havadarlarının sifarişi və terrorçu təşkilatları tərəfindən Azərbaycanın tarixi torpaqları əsasında bir layihə olaraq yaradılan erməni dövlətçiliyi bu gün də öz terrorçu mahiyyətini göstərməkdədir. Prezident İlham Əliyev hələ II Qarabağ savaşından əvvəl dünya dövlətlərinə müraciətlə qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Eyni zamanda, Azərbaycan Prezidenti öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Ermənistan öz terrorçu mahiyyəti ilə Cənubi Qafqazda potensial təhlükə mənbəyidir. Azərbaycan Prezidentinin qətiyyətlə söylədiyi bu fikirlər, erməni dövlətinin və erməniçiliyin istər ideoloji-mənəvi, istərsə də hərbi-siyasi təsisatlarının terrorçu mahiyyətini bir daha üzə çıxarmaqdadır.

II Qarabağ savaşı - Vətən müharibəsində də Azərbaycanın müzəffər Ordusu beynəlxalq hüququn bütün prinsiplərinə əməl edərək erməni işğalçılarını ağır məğlubiyyətə uğradıb, 30 ilə yaxın bir dövrdə işğal altında olmuş Dağlıq Qarabağ və ətraf əraziləri azad etdi.

44 günlük müharibə dövründə Azərbaycan tərəfi bütün müharibə qanunlarına əməl etdiyi halda, erməni hərbi-siyası xuntası öz terrorçu mahiyyətini bir daha göstərərək Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər şəhərlərini raket atəşinə tutmuşdur. Bu erməni vəhşiliyi Gəncə və Bərdə şəhərlərində çoxsaylı insan tələfatı və onlarla mülki əhalinin ağır yaralanması ilə nəticələnib. Təəssüflər olsun ki, həlak olanlar arasında uşaqlar, qadınlar və yaşlı insanlar da olmuşdur.

Hərbi müstəvidə Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayan erməni hakimiyyəti bu ağır məğlubiyyətin əvəzini müharibənin getdiyi ərazidən 100 kilometrlərlə uzaqlıqda yerləşən mülki azərbaycanlı əhalini, dünyada qadağan olunmuş silahlarla atəşə tutaraq çıxmağa çalışıb. Erməni faşistlərinin dinc azərbaycanlı əhaliyə qarşı bu vəhşiliyinin bir adı var - erməni vəhşiliyi və terrorizm...

II Qarabağ savaşı işğal altında olmuş Qarabağ və ətraf ərazilərin azad edilməsi ilə nəticələndi. Bu tarixi Qələbə ilə torpaqlarımız erməni işğalından azad edilməklə bərabər, mifoloji mahiyyətli və təməlləri olmayan erməni dövlətçiliyinə ağır zərbə vuruldu. Bir sözlə, Ermənistan dövlətinin və erməni toplumunun siyasi-ideoloji dəyərlərinin tənəzzülünün əsasını qoydu.

2023-cü ilin sentyabr ayının 19-20-də Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirləri həyata keçirərək 23 saat 43 dəqiqə ərzində bütün Qarabağ bölgəsində öz suverenliyini və təhlükəsizliyini təmin etdi. Artıq Azərbaycan bayrağı Xankəndidə və ətraf ərazilərdə dalğalanmaqdadır. Bu tarixi Qələbə tək Azərbaycanın deyil, bütün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin çarçısıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranının fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranının fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellekt əsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar