İlahiyyat İnstitutu dini tədqiqat sahəsi üzrə beynəlxalq əlaqələr qurur
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) dini tədqiqat və təhsil sahəsində dünyanın müxtəlif universitetləri ilə ikitərəfli akademik əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində fəaliyyətini genişləndirir. Bu məqsədlə Aİİ ilə Qazaxıstan Elm və Təhsil Nazirliyi Elm Komitəsinin Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a İlahiyyat İnstitutundan məlumat verilib.
Anlaşma memorandumunda professor-müəllim heyətinin mübadiləsi, birgə “dəyirmi masa”, seminar, konfrans və tədqiqat layihələrinin həyata keçirilməsi, həmçinin nəşrlərin hazırlanmasında iştirak, elmi materiallar və sənədlərin mübadiləsi sahəsində əməkdaşlıq və s. məsələlər nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]