“İMİŞLİ” YARIMSTANSİYASININ GÜCÜ 100 MEQAVAT ARTIRILMIŞDIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, son iki ayda “İmişli” yüksəkgərginlikli elektrik şəbəkəsinin (YGEŞ) balansında olan yarımstansiyaların və elektrik xətlərinin cari və əsaslı təmiri aparılmışdır.
330 kilovoltluq “İmişli” yarımstansiyasında 125 meqavatlıq transformator 250 meqavatlıq yeni transformator ilə əvəz edilmişdir. Bundan əlavə, gərginlik məhdudlaşdırıcısı, transformator ayırıcısı və gərginlik transformatoru da dəyişdirilmişdir.
Uzunluğu 30 kilometrə yaxın olan elektrik xəttində əsaslı təmir işləri aparılmışdır. Bu yaxınlarda isə “Şükürbəyli” və “Zovcuq” yarımstansiyaları arasında 17 kilometr uzunluğunda 35 kilovoltluq ikidövrəli elektrik xətti istifadəyə verilmişdir.
Bundan əlavə, “Şükürbəyli” yarımstansiyasında 25 kilovoltluq “Zovcuq” ötürücü xəttində elektrik-qaz açarı quraşdırılmış, 25 meqavat gücündə transformator təmir edilmişdir.
İmişli YGEŞ-in paylaşdırıcı elektrik stansiyaları ilə ayda 84 milyon kilovat-saata yaxın, gün ərzində təqribən 2,8 milyon kilovat-saat elektrik enerjisi ötürülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
- 10.06.2026 [14:40]