İmişlidə Həzi Aslanov küçəsi abadlaşdırılır
İmişli, 10 avqust, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonu ərazisində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi davam etdirilir. Belə ki, İmişli şəhərinin Həzi Aslanov küçəsinin hərəkət hissəsində yolayrıcı zolağın inşasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə üzrə görülən işlər yol elementlərinin tələb olunan ölçülərinin müvafiq normalarına uyğun nəzərə alınmaqla aparılır. Hərəkət zolaqlarının ölçüləri 3,0-3,5 metr olmaqla normativ qaydaların tələblərinə uyğun saxlanılıb. Bundan əlavə, ayrıc zolağında müasir işıqlandırma sisteminin quraşdırılması işləri yerinə yetirilib. Yenidənqurma işlərinin sonunda yolboyu zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.