İncəsənət məktəbində "Rənglər dünyası" adlı sərgi açılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı Bəhruz Kəngərlinin 130 illiyinə həsr edilmiş "Rənglər dünyası" adlı sərgi açılıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə Rəssamlıq şöbəsinin müdiri İlham İsmayılov Bəhruz Kəngərli yaradıcılığı barədə və sərgi eksponatları haqqında ətraflı məlumat verib.