İndoneziyada durian meyvəsinin az tapılan növü min dollara satılır
Tokio, 1 fevral, AZƏRTAC
İndoneziyada turistlər arasında populyarlıq qazanan durian meyvəsinin bir ədədi min dollara satılır.
AZƏRTAC UPI portalına istinadla xəbər verir ki, durian meyvəsinin “J-Queen” adlı bu növü Qərbi Yava əyalətinin Tasikmalay şəhərinin ticarət mərkəzində satışa çıxarılıb.
Həmin meyvə 32 yaşlı Aka adlı fermer tərəfindən iki məşhur növün calaq edilməsi yolu ilə əldə edilib. Akanın bildirdiyinə görə, həmin ağaclar yalnız 3 ildə bir dəfə meyvə gətirir.
Bu möcüzəli meyvə həmin ticarət mərkəzini turistlərin ən çox ziyarət etdiyi məkana çevirib. Həmin meyvələrlə foto çəkdirmək istəyənlər burada növbəyə dayanırlar.
Əlavə olaraq bildirək ki, durian Cənub-Şərqi Asiyada çox geniş yayılmış spesifik iyi ili fərqlənən meyvə növüdür. Məhz bu xoşagəlməz iyinə görə bir çox ölkələrdə onun ictimai nəqliyyatda daşınmasına icazə verilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]