DÜNYA
İngilis funt sterlinqi ABŞ dolları qarşısında dəyərini itirib
![İngilis funt sterlinqi ABŞ dolları qarşısında dəyərini itirib](/files/2022/3/1200x630/16641958763643155900_1200x630.jpeg)
London, 26 sentyabr, AZƏRTAC
İngilis funt sterlinqi ABŞ dolları qarşısında dəyərini itirib.
AZƏRTAC xəbər verir ki, Asiya birjalarında 1 funt sterlinq 1,03 dollar səviyyəsində olarkən, səhər saatlarında 1,07 dollar səviyyəsinə yüksəlib.
Britaniya funtu bir müddətdir ki, dolların müqavimətinə qarşı təzyiq altındadır. Əgər funt sterlinq dollar qarşısında bu səviyyədə qalarsa, neft və təbii qaz kimi əmtəələrin dollarla ticarəti Böyük Britaniyaya baha başa gələcək. ABŞ-dan idxal olunan digər məhsulların qiymətlərində də ciddi artım olacaq.
Böyük Britaniyanın maliyyə naziri Kvasi Kvartenq cümə günü İngiltərədə son 50 ilin ən böyük vergi endirimlərini elan etmişdi.
Analitiklər İngiltərə Bankının qarşıdakı dövrdə inflyasiyaya nəzarət etmək üçün faiz dərəcələrini artırmağa davam edəcəyini düşünürlər. İngiltərə Bankı ötən həftə faiz dərəcələrini 50 faiz artıraraq 2,25 faizə çatdırıb.
Hazırda ölkədə inflyasiya 9,9 faiz təşkil edir ki, bu da son 40 ilin ən yüksək səviyyəsidir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London