İngiltərə FİFA-nın tərkibindən çıxa biləcəyi ilə hədələyir
Bakı, 13 may (AZƏRTAC). Böyük Britaniyanın idman naziri Hyu Robertson bəyan etmişdir ki, əgər Beynəlxalq Futbol Federasiyası (FİFA) 2018 və 2022-ci illərdə dünya çempionatına ev sahibliyi edəcək ölkələrin seçimində məmurların korrupsiyaya qurşanması üzrə ittihamlara cavab verməsə İngiltərə həmin təşkilatın tərkibindən çıxacaqlar.
Hyu Robertson demişdir: “Biz sakit işləmək istəyirik, lakin eyni vaxtda FİFA-ya yaxşılığa doğru dəyişməyə kömək etməyə çalışırıq. Əgər bizə anlatsalar ki, heç bir irəliləyiş yoxdur, onda cavab tədbirləri görəcəyik. Bu tədbirlər ola bilər ki, İngiltərənin FİFA tərkibindən çıxması həddinə qədər davam edəcəkdir”.
FİFA isə İngiltərə tərəfindən rüşvətxorluq ittihamına dair sübutlar tələb etmişdir. Bildirilmişdir ki, futbol assosiasiyasının sabiq rəhbəri lord Devid Trismanın sensasiya xarakterli bəyanatlarının araşdırılmasında əməkdaşlıq etməyə hazırdırlar.
FİFA prezidenti Yozef Blatter həmin iş üzrə araşdırmanın sürətləndirilməsinə çağırmış və qeyd etmişdir ki, bununla əlaqədar qərar FİFA-nın iyunun 1-də keçiriləcək konqresinə qədər qəbul edilməlidir. O demişdir: “Hər şeyi çox sürətlə etmək lazımdır. Konqresin iclasına qədər bu işə nöqtə qoyulmalıdır. Deyilməməlidir ki, bununla sonra məşğul olarıq. Biz təcili hərəkətə keçməliyik, axı bizim cəmi 3 həftəmiz qalır”.
Xatırladaq ki, Trisman mayın 10-da Böyük Britaniya Parlamentində çıxışı zamanı bildirmişdir ki, FİFA İcraiyyə Komitəsinin 4 üzvü 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi üzrə İngiltərənin müraciətinə dəstək əvəzinə rüşvət tələb etmişdir. İngiltərənin müraciət komitəsinə rəhbərlik edən lord Trisman guya Rusiya və İspaniya futbol federasiyaları arasında korrupsiya sövdələşmələrinin olduğu barədə ittihamları ilə əlaqədar yaranmış qalmaqal səbəbindən 2010-cu ilin may ayında istefa vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]