Azərbaycan Dövlət İnformasiya Agentliyi

İntellektual gənclərin yetişdirilməsi Bakı Slavyan Universitetinin əsas hədəflərindən biridir

Bakı, 29 yanvar, AZƏRTAC 

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda təntənəli şəkildə qeyd olunmağa başlandı. Yeri gəlmişkən, Azərbaycanda Gənclər Günü təsis edildikdən sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.

Gələcəyin etibarlı təminatçısı olan intellektual səviyyəli gənc kadrların yetişdirilməsi, onlara ölkədə və dünyada ictimai-siyasi işlərdə aparıcı qüvvəyə çevrilməsində yardımçı olmaq ali təhsil ocaqlarının prioritet istiqamətlərindən biri, hətta birincisi hesab olunur.

AZƏRTAC Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru Xanım Sultanovanın bu məsələ ilə bağlı məqaləsini təqdim edir.

Gənclik hər bir millətin yaşayıb-yaratması və inkişaf etməsi üçün təməl daşıdır. İstənilən xalqın gələcəyə olan ümidi yalnız onun sağlam gəncliyi ilə ölçülür. Çünki intellektual səviyyəsi və geniş dünyagörüşü olan gənclər dövlətçiliyin, müstəqilliyin gələcəkdə daha dayanıqlı olması üçün öz Vətənini dünya ölkələri arasında uğurla təmsil edən ən yaxşı təminatçılardır. Heç kimə sirr deyil ki, bu gün müasir Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu olduqca geniş və güclüdür. Bu ruh öz qaynağını, ilk növbədə, milli-mənəvi dəyərlərdən götürərək daim inkişaf etməkdədir. Ali təhsil ocaqlarında aparılan tərbiyə işi - milli-mənəvi əxlaqi dəyərlərə, eləcə də dünya mədəniyyətinin ənənələrinə, müasir həyatın dəyər və tələbatlar sisteminə uyğun istiqamətləndirilir. Bu məqsədlə tərbiyəyə yönəlmiş ictimai fəallıq, ünsiyyət və liderlik cəhətlərinin inkişaf etdirilməsi tələbə gənclərin həyat fəaliyyətinin dinamizmini və onun yaradıcı xarakterinin təşəkkülünü təmin edir. Burada gənclərin Azərbaycan xalqının milli adət-ənənələrinin təbliği, milli bayram mərasimlərinin qorunub saxlanılması, milli musiqiyə, folklora meyilli zövqlərin formalaşması məqsədilə tədbirlərin keçirilməsi, gənc istedadların müsabiqələrə cəlb edilməsi mühüm rol oynayır.

Şübhəsiz ki, gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yerlərdən birini tutur. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini layiqincə doğrulda bilirlər.

Gənclik deyəndə göz önünə, ilk növbədə, tələbələr gəlir. Təhsil sahəsində aparılan islahatlar gənclər siyasətinin ən vacib istiqamətlərini müəyyən edir. Gənclərin tərbiyəsinə, savadlanmasına, maariflənməsinə, elmi inkişafına, həmçinin dünyagörüşünün artırılmasına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi olduqca diqqətəlayiqdir. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” ölkə başçısının fərmanları bu istiqamətdə görülən ən mühüm tədbirlər sırasındadır.

Böyük fərəh hissi ilə qeyd etmək olar ki, artıq Avropa təhsil məkanına inteqrasiya olunmuş, slavyan xalqlarının dilləri və mədəniyyətlərini Azərbaycanda tədris, tədqiq və təbliğ edən Bakı Slavyan Universiteti ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz rol oynayır. Xalqımızın tarixi, dili və mədəniyyətinin, onun zəngin milli-mənəvi dəyərlərinin, ümumilikdə isə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyasının xarici ölkələrdə təbliği istiqamətində aparılan işlər bu universitetin dəyərli alimləri ilə yanaşı, gənc tələbələri tərəfindən də uğurla həyata keçirilir.

Hazırda Bakı Slavyan Universitetində müxtəlif istiqamətlər üzrə 18 tələbə təşkilatı və klubu fəaliyyət göstərir. Tələbələrin ölkədə keçirilən ictimai-siyasi və mədəni-kütləvi tədbirlərdə fəal iştirakının təmin edilməsi bu universitetdə təlim-tərbiyə işinin əsas istiqamətlərindən biridir. Təbii ki, tələbələrin təlim və tərbiyəsi istiqamətində görülən işlərin əsas məqsədi dərin biliyə, geniş dünyagörüşü və yüksək mədəniyyətə malik, milli müstəqillik prinsiplərinə sədaqətli, Vətənini, millətini və dövlətini sevən əsl vətənpərvərlər yetişdirməkdir.

Ötən son il ərzində Bakı Slavyan Universiteti gənclərlə bağlı təlim-tərbiyə işində ümumilikdə 90-dan çox idarə və təşkilat, o cümlədən 6 nazirlik və dövlət komitəsi, 25-dən artıq dövlət müəssisəsi, 40 birlik və cəmiyyət, bir çox elm və mədəniyyət ocaqları, qeyri-hökumət təşkilatları və mətbuat orqanları ilə sıx əməkdaşlıq edib.

Tələbə gənclərimizin vətənpərvərlik hissinin yüksək olması özünü xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar, Xocalı faciəsi və 31 mart soyqırımı günlərində daha aydın görünür. Aprel döyüşlərində şəhid olan qəhrəman oğullarımızın anım gününə həsr olunmuş yürüşdə gənclərimiz Vətən uğrunda döyüşə hər an hazır olduqlarını ifadə edirlər. Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhunda yetişməsi və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi ilə əlaqədar Bakı Slavyan Universitetinin 50 tələbəsinin Ağdam rayonunun Quzanlı qəsəbəsində “Marş irəli” layihəsi çərçivəsində iştirak etməsi gənc nəslin doğma torpağa, Vətənə necə bağlı olduğunu əyani göstərir.

Bakı Slavyan Universitetinin gəncləri ölkəmizdə keçirilən bütün daxili və beynəlxalq miqyaslı tədbirlərdə könüllü olaraq fəal iştirak edirlər. 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları idman yarışlarında tələbə gənclərimiz könüllülər cərgəsinin ilk sıralarında duraraq ölkəmizə gələn qonaqlara Azərbaycan gənclərinin yüksək mədəniyyətini, savadını və multikultural dəyərlərə böyük ehtiram göstərmələrini ən yüksək səviyyədə nümayiş etdiriblər.

Hazırda universitetimizdə gənclərlə şəxsiyyətyönümlü tərbiyə və kollektiv fəaliyyətin formaları ilə uzlaşan özünütərbiyə mühitinin yaradılması, tələbələrin yüksək mənəvi keyfiyyətlərə, vətənpərvərlik duyğularına səbəb olan dərsdənkənar asudə vaxtlarının səmərəli keçirilməsini təmin edən proqramların təşkili onların dünyagörüşünün zənginləşməsinə xidmət edir.

Yaxşı bilirik ki, bu gün məhz dövlətin gənclərə dəstək və diqqəti nəticəsində Azərbaycan gənclərində özünə, istedadına inam hissi artıb. Hər il gənclərimiz müxtəlif bilik yarışmalarında, idman növləri üzrə beynəlxalq olimpiadalarda, intellektual oyunlarda, yaradıcılıq müsabiqələrində və digər yarışlarda yeni-yeni qələbələrə imza atır, ölkəmizin şərəfini layiqincə qoruyurlar.

Bu gün tam əminliklə demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli istiqamətində atılan addımlar, onların həyatda layiqli təbəqəyə çevrilməsi və milli adət-ənənələrə, həmçinin saf dəyərlərə bağlı olmaları üçün dövlət tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir. Gənclərimizin ölkədə məşğulluğunun lazımınca təmin olunması da diqqətdən kənarda qalmır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərimizin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən çoxsaylı və rəngarəng layihələr çərçivəsində böyüməkdə olan gənc nəslin gələcəyinin müəyyən olunması etibarlı şəkildə ən yüksək səviyyədə təmin edilir.

Sosial həyatın sahələrinə diqqət yetirsək, orada gənclərin fəallığını açıq-aydın görərik. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi və inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifənin həyata keçirilməsinin təkzibedilməz nəticəsidir. Sözsüz ki, gənclər də onlara göstərilən bu qayğını diqqətdə saxlamağı bacarır, onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ olub

Azərbaycan nefti 95 dollara satılır

ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Araz çayında batan şəxsin meyiti tapılıb

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH