İQTİSADİYYAT
“İnternational” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
![“İnternational” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək](/files/2022/3/1200x630/16655744635429565119_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, sentyabrın 9-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İnternational” QSC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, oktyabrın 14-də qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazların sayı 20 min ədəd, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 3 faiz, tədavül müddəti 18 aydır. Yerləşdirmələr üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazların emissiya prospektlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.