“İnternational” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Bakı Fond Birjasında (BFB) BOKT "İnternational" QSC-nin tədavül müddəti 18 təqvim ayı olan AZ2005021020 dövlət qeydiyyat nömrəli, 2 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 9 investor tərəfindən 100 manat (13 faiz) qiymətindən 9 sifariş təqdim olunub. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 100 manat müəyyən edilib. İstiqrazın illik faiz dərəcəsi 13 faiz, faiz ödənişləri isə hər 3 təqvim ayında bir dəfə olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon manat təşkil edib. İstiqrazlar 2024-cü il aprelin 14-də ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]