İordaniya Senatının nümayəndə heyəti Milli Məclisdə olmuşdur
Bakı, 26 aprel (AZƏRTAC, Aidə Quluzadə). İordaniya Senatının sədri Abdur-Rauf Ravabdehin başçılıq etdiyi nümayəndə heyəti aprelin 26-da Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, işçi qrupun rəhbəri Nəriman Əliyev iki ölkə arasında inkişaf edən əlaqələrdən, dostluq münasibətlərindən danışmışdır. O, demişdir ki, İordaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. N.Əliyev qarşılıqlı səfərlərin gələcəkdə Azərbaycan-İordaniya əməkdaşlığının genişlənməsinə töhfə verəcəyini vurğulamışdır.
Abdur-Rauf Ravabdeh hər iki ölkənin oxşar cəhətlərinin olduğunu söyləmişdir. O, əlaqələrimizin dostluq və qardaşlıq əsasında inkişafından məmnunluğunu bildirmişdir.
Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]